Magistratura və rezidenturaya ərizə qəbulu başladı
Bizi izləyin

Digər

Magistratura və rezidenturaya ərizə qəbulu başladı

Magistratura səviyyəsi üzrə ərizə qəbulu internet vasitəsi ilə fevralın 20-dək aparılır

Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistratura və rezidentura pillələri üzrə ərizə qəbuluna başladı.

TQDK-nın mətbuat xidmətinin yaydığı məlumata görə, magistratura səviyyəsi üzrə ərizə qəbulu internet vasitəsi ilə fevralın 20-dək aparılır.


Bakalavrlar TQDK-nın mü­va­fiq internet səhifəsi­nə (eservices.tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur və özləri təsdiq edir.


Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar (ətraflı məlumat eservices.tqdk.gov.az/erizemag səhifəsindəki aktual keçid­lərdə verilib).


Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.


İmtahanın birinci mərhələsi 2014-cü il martın 2-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə 25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq tipli 5) test tapşırığı təqdim olunacaq.


Test tapşırığı nümunələri - Xüsusi buraxılışda ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), informatika və xarici dili (ingilis, alman, fransız, rus, ərəb və ya fars dili) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri də təqdim olunur.


Rezidentura səviyyəsində ərizə qəbulu da bu gündən başlayır və fevralın 20-dək davam edəcək

Namizədlər “Namizədin elektron ərizəsi” for­masını Azərbaycan Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Quba, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində yaradılmış SQK-da təsdiq etdirirlər.


Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları ”Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da doldurur və təsdiq etdirirlər.


Ali təhsil müəssisələrini xarici ölkələrdə bitirən Azərbaycan Respublikasının vətəndaşları ”Namizə­din elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.


Rezidenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.


Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.


İmtahanın birinci mərhələsi martın 30-da, ikinci mərhələsi iyulun 27-də keçiriləcək.


İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.


Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm