Neftin qiyməti 68 dollara endi
Bizi izləyin

Digər

Neftin qiyməti 68 dollara endi

London birjasında Brent tipli neftin bareli 68,28 dollara düşüb. 2015-ci ilin yanvarında nəql olunacaq Brent neftinin kotirovkası isə bir barelə görə 67,56 dollara enib.

Publika.az xəbər verir ki, 68 dollar 2010-cu ildən bu yana ən minimal göstəricidir. Nyu-York birjasında WTI markalı neft 64,72 dollar olub.

Neft fyuçə qiymətinin ümumi enməsi noyabrın 27-dən, OPEK ölkələri neft nazirlərinin iclasından sonra davam edir. Xatırladaq ki, sözügedən iclasda neft hasilatının kvotasının azaldılmaması qərara alınıb.

Ekspertlərin rəylərinə görə, neftin aşağı qiyməti minimum 2015-ci ilin birinci yarısınadək davam edəcək. Amerikalı analitiklər hətta gələn il “qara qızıl”ın 60 dollar təşkil edəcəyini iddia edirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm