• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gələn ilin büdcəsinin 44,4 faizi əsaslı xərclərə sərf ediləcək

  • Digər
  • 1 Dekabr 2014 16:50
  • 461 Baxış
Gələn ilin büdcəsinin 44,4 faizi əsaslı xərclərə sərf ediləcək

“2015-ci il dövlət büdcəsinin gəlirləri 19438 mln. manat, xərclər isə 21100 mln. manat nəzərdə tutulur”.

Maliyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, 2015-ci ildə dövlət büdcəsinin kəsiri 1662 mln. manat və yaxud proqnozlaşdırılan ümumi daxili məhsulun 2,8 faizini təşkil edəcəkdir.

Dövlət büdcəsinin xərclərinin 51,9 faizi cari xərclərə, 44,4 faizi əsaslı xərclərə, 3,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. Müvafiq olaraq 2014-cü illə müqayisədə 2015-ci ilin dövlət büdcəsi xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 2,4 faiz artıb. Cari xərclərin xüsusi çəkisi 2,3 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,1 faiz azalıb.

Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2015-ci il dövlət büdcəsi xərclərində mədəniyyət, incəsənət, kütləvi informasiya və idman xərcləri 11,9 faiz, müdafiə xərcləri 8,6 faiz, səhiyyə xərcləri 7,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 5,9 faiz, nəqliyyat və rabitə xərcləri 5,7 faiz, iqtisadi fəaliyyət xərcləri 5,2 faiz, təhsil xərcləri 3,5 faiz, elm xərcləri 2,5 faiz artıb.

2015-ci ildə dövlət büdcəsi xərclərinin 10048.6 mln. manatı və ya 47,6 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 27,6 faiz, mütləq ifadədə isə 5826 mln. manat təşkil edəcək.

2015-ci ildə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsinə 1650 mln. manat, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə 222 mln. manat vəsait nəzərdə tutulub.

2015-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6,9 mlrd. manat vəsait ayrılacaq. İnvestisiya xərclərindən ölkənin nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye və digər infrastrukturlarının, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına, əsas vəsaitlərin alınmasına, regionların, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının və bir sıra digər proqramlar üzrə layihələrin maliyyələşdirilməsinə vəsait ayrılması nəzərdə tutulur.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR