BP TANAP-a ilin sonunda qoşulacaq
Bizi izləyin

Digər

BP TANAP-a ilin sonunda qoşulacaq

“BP şirkəti yaxın vaxtlarda TransAnadolu qaz kəməri (TANAP) layihəsinə qoşulacaq”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə “BP-Azerbaijan”-nın prezidenti Qordon Birrel bildirib.O deyib ki, ARDNŞ ilə alqı-satqı ilin sonunadək başa çatacaq. Yekunda BP-nin layihədəki payı 12% təşkil edəcək.

Xatırladaq ki, TANAP “Şahdəniz” qazının Türkiyə ərzasisindən Avropa sərhədinə nəqlini nəzərdə tutur. Kəmərin ilkin buraxılış qabiliyyəti ildə 16 mlrd m3, genişlənmə imkanı 31 mlrd m3-dir. TANAP kəmərini 2018-ci ildə istismara vermək planlaşdırılır. Layihənin qiyməti $11,8 mlrd-dır. TANAP-ın operatoru ARDNŞ-dir (70%). Tikinti işlərinə 2015-ci ildə başlanılacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm