Rusiyada SOS -1 avro 67 rubl oldu
Bizi izləyin

Digər

Rusiyada SOS -1 avro 67 rubl oldu

Moskva birjasında avro daha 4,4 rubl bahalaşaraq 1 avro 67,3 rubla yüksəlib. Qeyd edək ki, səhər saatlarında Moskva birjasında 1 dollar 52,05 rubl, 1 avro isə 64,52 rubl təşkil edirdi.

Publika.az xəbər verir ki, yaranmış şəraitdə analitiklər rublun dəyərini qorumaq üçün Rusiya Mərkəzi Bankının valyuta intervensityası həyata keçirməsini irəli sürürlər.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı noyabrın 10-dan rublun məzənnəsini tənzimləmək kursundan imtina edib. Düzdür, əslində rubl artıq 1-2 aydır qeyri-rəsmi “üzən məzənnəyə” keçib. Çünki bank bir ay ərzində 30 dəfədən çox dəhlizin yuxarı sərhədini artırmağa məcbur olmuşdu. Onu da bildirək ki, Rusiya Mərkəzi Bankı oktyabr ayında rublu dəstəkləmək üçün 30 milyard dollar xərcləsə də, ortada bir nəticənin olmamıası səbəbindən intervensiyanı gündəlik 350 milyon dollara endirmişdi. Bu qərardan sonra bazarlarda yaşanan narahatlıq rublun daha sürətlə düşməsinə və ilin əvvəlindən 1/4 dəyər itirməsinə gətirib çıxarmışdı.

Ekspertlər deyir ki, Rusiya Mərkəzi Bankı digər alətlərdən istifadə etməklə rublu tənzimləməyə çalışacaq. Bankın açıqlamasında ölkənin maliyyə sabitliyi üçün təhlükə yarandığı zaman bazara müdaxilə ediləcəyi bildirilir. Bundan başqa, Mərkəzi Bankın rəhbəri qeyd edib ki, bazarda rubla olan təzyiqi azaltmaq üçün banklara rublla təmin edilən likvidlik məhdudlaşdırıla və yenidən maliyyələşmənin həcmi azaldıla bilər. Bildirilib ki, iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilən rubl valyuta bazarında milli valyutanın ucuzlaşmasını şərtləndirir. Noyabrda bankların Mərkəzi Bank qarşısında öhdəlikləri tarixi rekord həddə - 6,5 trilyon rubla qaldırılmışdı. Rusiya Mərkəzi Bankı valyuta likvidliyini təmin etmək üçün oktyabrdan başlayaraq repo əməliyyatlarını da gücləndirmişdi. Düzdür, rublun üzən məzənnəyə keçməsi xəbəri ilk olaraq bazara müsbət təsir göstərdi, lakin bu, uzunmüddətli olmadı. Çünki dünya bazarında neftin qiyməti və ölkəyə tətbiq edilən sanksiyalar rubla mənfi təsir göstərir. Bu da ən azı ilin sonuna kimi müsbət siqnalların gəlməsini istisna edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm