“Bloomberg”: “Bakı Qərblə Şərq arasında seçim etmək məcburiyyətindədir” - İDDİA
Bizi izləyin

Digər

“Bloomberg”: “Bakı Qərblə Şərq arasında seçim etmək məcburiyyətindədir” - İDDİA

“Ukraynadan sonra Azərbaycandan Moldovaya qədər bütün dövlətlər münaqişə tərəflərindən birini seçmək məcburiyyətində qalıb”.


Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.


Nəşr Macarıstanın Avropanı əsəbiləşdirən “Cənub axını” layihəsinə qoşulmasına diqqət çəkərək Almaniya-Rusiya münasibətlərinə toxunub.


“Reallıqda seçim etmək nə qədər çətin olsa da, hər kəs buna məcburdur. Bu baxımdan, macarlar öz seçimlərini siyasi yox, iqtisadi müstəvidə edirlər. Eyni proseslər Azərbaycandan Moldovaya qədər olan bütün ölkələrə aiddir. Onlar da Ukrayna münaqişəsində tərəflərdən birini seçmək məcburiyyətindədirlər. Çünki bu münaqişə təkcə Kiyevlə Moskva arasında yox, Qərblə Şərq arasında gedir”, - deyə nəşr bildirib.


“Bloomberg” Azərbaycanın tarazlı siyasətinə toxunaraq bunu uğurlu adlandırıb: “Bu gün Bakı uğurla tarazlaşdırılmış siyasət aparır. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Moskva ilə toqquşmur. Bu ağıllı gedişlər hesabına ərsəyə gəldi. Lakin ümumi mənzərə dəyişir və Bakı da Qərblə-Şərq arasında seçim etmək məcburiyyətindədir”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm