Rusiya “Cənub Axını” boru xəttində işləri dayandırdı, Türkiyəyə satdığı qazı 6 faiz ucuzlaşdırdı
Bizi izləyin

Digər

Rusiya “Cənub Axını” boru xəttində işləri dayandırdı, Türkiyəyə satdığı qazı 6 faiz ucuzlaşdırdı

Türkiyənin dövlət başçısı Rəcəb Tayib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Avropaya qaz aparacaq “Cənub Axını” boru xəttində işləri dayandırdıqlarını açıqlayıblar. Türkiyəyə ixrac üçün yeni boru xətti inşa edəcəklərini söyləyən Putin Türkiyənin tələblərini nəzərə alaraq 2015-ci ilin yanvarın 1-dən təbii qazın qiymətində 6 faiz endirim edəcəklərini də bildirib.

Publika.az xəbər verir ki, Vladimir Putin Türkiyə səfərində təbii qaz mövzusunda nikbin bəyanatla çıxış edib. O, mövcud şərtlərdə Qara dəniz vasitəsilə Avropaya illik 63 milyard kub metr təbii qaz daşınmasını nəzərdə tutan “Cənub Axını” boru xəttinin tikintisini davam etdirməyəcəklərini deyib. Bunun əvəzində Türkiyəyə yeni xətt çəkəcəklərini açıqlayıb. Hansı ki bu xətt Türkiyə-Yunanıstan sərhədinin Türkiyə tərəfində yaradılacaq qaz terminalına birləşdiriləcək.

“Qazprom” rəhbəri Aleksey Millər isə deyib ki, bu dəyişiklik nəticəsində “Cənub Axını” xəttinin Avropadakı əlaqə nöqtəsi Bolqarıstan deyil, Türkiyə olacaq: “Bu da o deməkdir ki, TANAP kimi “Cənub Axın” da Avropaya Yunanıstan üzərindən bağlanacaq və sərhəd təslim qiyməti burada formalaşdırılacaq”.

O ki qaldı mavi qazın təhcizat qiymətinin endirilməsi ilə bağlı Türkiyənin istəyinə Rəsmi Kremlin cavabına, Putin bununla razılaşıb. İlkin olaraq 6 faiz endirimə getdiklərini, bu istiqamətdə danışıqların davam etdiyini deyib. Onu da qeyd edək ki, neftin qiymətində yaşanan enişin Türkiyəyə satılan təbii qaz qiymətinin təyin olunmasında mühüm rol oynayacağı deyilir. Putin “Mavi Axın”dan Türkiyəyə çatdırılan təbii qazın həcmində 3 milyard kubmetrlik artıma gedilməsi istiqamətində tərəflərin razılaşdığını da dilə gətirib. Xatırladaq ki, Türkiyə 16 milyard kubmetr “Mavi Axın”ı və 10 milyard kubmetr də “Qərb Xətti” vasitəsiylə Rusiyadan 26 milyard kubmetr təbii qaz idxal edir. 2015-ci ildə bu rəqəmə 3 milyard kubmetr də əlavə ediləcək. Beləliklə, Rusiyadan qaz idxalı 29-30 milyard kubmetrə çatdırılacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm