Millət vəkili Ceyhun Osmanlı Səmimi söhbətin qonağı oldu
Bizi izləyin

Digər

Millət vəkili Ceyhun Osmanlı Səmimi söhbətin qonağı oldu

“Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsinin son günü Səmimi söhbət panelinin qonaqları Milli Məclisin deputatı Ceyhun Osmanlı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov olub.

Publika.Az-ın xəbərinə görə, görüşdə çıxış edən Ceyhun Osmanlı qeyd edib ki, həyatda maraqlı insanlar uğur qazanır:

“Həyat bir tənliyə bənzəyir, kim düsturları bilirsə, ele o da tənliyi həll edir. Qazanılan uğurların qədrini bilmək, qazanılan nailiyyətlərə sahib çıxmaq lazımdır”.

Onun sözlərinə görə hər bir sahənin sirrləri həmin sahənin ən qabaqcıl insanlarında olur, çalışın onlarla tanış olun, dost olun: “Hər kəs öz xarakterinə uyğun dostlar seçir. Belə olan halda optimistlərin optimist dostları, pessimistlərin isə daha çox pessimist dostları olur. İnsan hәr şeydәn әvvәl özünә qarşı səmimi olmalıdır”.

Millət vəkili onu da vurğulayıb ki, önəmli olan odur ki, məqsədə doğru gedən yolda hər gün addımlayasan.Səmimi söhbətin qonaqları iştirakçıların sualları əsasında gənclik illərindən, əldə etdiyi uğurlardan danışıblar. Eyni zamanda qonaqlar fəaliyyətləri haqda da söhbət açıblar.

Gənclərin çoxsaylı suallarını cavablandıran qonaqlar onların aktivliyini müsbət qiymətləndirib və komandalara uğurlar arzu ediblər.

Qeyd edək ki, “Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm