Ermənistanda çalışmış adamın Azərbaycanda nə işi var?
Bizi izləyin

Digər

Ermənistanda çalışmış adamın Azərbaycanda nə işi var?

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin olunması gözlənilən xorvatiyalı Robert Prosineçkinin köməkçilərindən biri Qordan Kipriç ola bilər. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Kipriç vaxtilə Prosineçkiylə birgə Türkiyənin "Kayserispor" klubunda da çalışıb. Bu mütəxəssis həmçinin 2008/09 mövsümündə Ermənistan "Mika"sında İvo Şuşakın köməkçisi olub.

İkinci köməkçiyə gəlincə, bu, Draqan Spasiç ola bilər. Lakin böyük ehtimalla yığmamızda ikinci məşqçi köməkçisi yerli mütəxəssislərdən biri olacaq.

Məlumatı dəqiqləşdirmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Publika.az-a danışan qurumun rəsmisi bunları dedi:

“Bizdə belə bir rəsmi məlumat yoxdur. Bundan əlavə, bizim indi heç baş məşqçimiz yoxdur ki, köməkçisi də seçilsin”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm