Paylaşdığı şəkilə görə üzr istədi - FOTO
Bizi izləyin

Digər

Paylaşdığı şəkilə görə üzr istədi - FOTO

"Liverpul"un ulduz futbolçusu Mario Balotelli irqçilik əleyhinə sosial şəbəkədə paylaşdığı şəkilə görə üzr istəməli olub.

Publika.az xəbər verir ki, italyan futbolçu “twitter” hesabında oyun qəhrəmanı "Super Mario"nun şəklini paylaşaraq belə bir şey yazıb:

"İrqçi olmayın. "Super Mario" kimi olun. O, italyan santexnikidi, yaponlar tərəfindən yaradılıb, meksikalı kimi bığı var, ingiliscə danışır, zəncilər kimi sıçrayır və yəhudilər kimi pul yığır".

Ancaq bir neçə dəqiqə sonra Mario paylaşdığı şəkili silərək üzrxahlıq statusu paylaşıb:

“Bir neçə dəqiqə əvvəlki şəkili yumor üçün paylaşmışdım. Ancaq orda yazılanların etik cəhətdən doğru olmadığını anladığımdan sildim. Heç də bütün meksikalılar bığlı deyil. Zəncilərin də hamısı hündürə tullana bilmir. Yəhudilərin də hamısı pulu sevmir. Bir daha üzr istəyirəm”.

Balotellinin özü oyunlar zamanı bir neçə dəfə irqçi təhqirlərə məruz qalıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm