Yumurtanın istehsalçı qiyməti 11,1 faiz, süd 8, quş əti 1,4 faiz bahalaşıb
Bizi izləyin

Digər

Yumurtanın istehsalçı qiyməti 11,1 faiz, süd 8, quş əti 1,4 faiz bahalaşıb

Noyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,7 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 6 və 2,6 faiz bahalaşıb. Çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,3 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, birillik bitkilərdən yaşıl paxlalı tərəvəzlərin 15,3 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 10,1 faiz, buğdanın 0,4 faiz, qarğıdalının 0,1 faiz, badımcanın 28,6 faiz, pomidorun 24,4 faiz, xiyarın 4,2 faiz, kartofun 3,2 faiz, yem bitkilərinin istehsalçı qiymətləri 1,7 faiz bahalaşıb. Arpanın istehsalçı qiymətləri isə 1,6 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən feyxoanın 36,7 faiz, xurmanın 2,4 faiz, alma və limonun istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb. Armudun 27,4 faiz, şabalıdın istehsalçı qiymətləri isə 10,5 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 11,1 faiz, südün 8,0 faiz, quş ətinin (diri çəkidə) 1,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb. Mal ətinin (diri çəkidə) 6,7 faiz, diri qoyun və keçilərin 1 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun və həmçinin diri ev quşlarının istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm