"Qlobal Korrupsiya İndeksi”ndə Danimarka yenə birinci oldu
Bizi izləyin

Digər

"Qlobal Korrupsiya İndeksi”ndə Danimarka yenə birinci oldu

Beynəlxalq Şəffaflıq Təşkilatı "Qlobal Korrupsiya İndeksi" hesabatını açıqlayıb. Cəmi 177 ölkənin iştirak etdiyi sıralamada Çin və Türkiyənin mövqeyi düzəlib.

Publika.az xəbər verir ki, Çin 2013-cü ildəki "Qlobal Korrupsiya İndeksi"ndə 40 bal ilə 80-ci sırada yer almışdı. 2014-cü ildə 4 bal itkisi ilə 36 bala geriləyib.

"Qlobal Korrupsiya İndeksi"ndə keçən il 50 bal alan Türkiyə 2014-cü ildəki sıralamada "5 bal" itkisi ilə 45 bal alıb. 64-cü sırada yer alıb.

Qeyd edək ki, Danimarka, əvvəlki illərdə olduğu kimi, yenə sıralamada birinci olub. Danimarkanı Yeni Zelandiya, Finlandiya, İsveç və Norveç izləyərək yenə ilk beşliyə daxil olublar.

"Qlobal Korrupsiya İndeksi"də ilk 10 ölkənin arasında İsveçrə, Singapur, Hollandiya, Lüksemburq və Kanada da iştirak edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm