On ayda xariclə 35 milyard dollarlıq ticarət aparılıb
Bizi izləyin

Digər

On ayda xariclə 35 milyard dollarlıq ticarət aparılıb

Yanvar-oktyabr aylarında ölkənin rezidentləri dünyanın 146 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib. 107 ölkəyə əmtəə ixrac olunub. 133 ölkədən idxal həyata keçirilib. Xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 32-i Amerika, 43-ü Asiya ölkələri və digərləri olub.

Publika.az xəbər verir ki, on ayda xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 34 milyard 234,1 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 26 milyard 872,2 milyon dollar, idxalın həcmi 7 milyard 361,9 milyon dollar təşkil edib. Nəticədə 19 milyard 510,3 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunan məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,7 faiz artaraq 1,4 milyard dollar olub. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 151,3 dollara bərabər təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm