Ermənistan parlamenti “Yeni SSRİ” müqaviləsini təsdiqlədi
Bizi izləyin

Digər

Ermənistan parlamenti “Yeni SSRİ” müqaviləsini təsdiqlədi

Ermənistan parlamenti Avrasiya İqtisadi İttifaqına giriş haqqında müqaviləni təsdiqləyib.

Publika.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, parlamentin iclasında iştirak edən 111 deputatdan yalnız 7-i müqaviləyə qarşı çıxıb, bir nəfər isə bitərəf qalıb.

Ermənistan Avrasiya İqtisadi İttifaqına birləşmə haqqında sənədi 10 oktyabrda Minskdə imzalayıb.

Xatırladaq ki, Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko bu il mayın 29-da Qazaxıstanın Astana şəhərində Avrasiya İqtisadi İttifaqının yaradılması haqda müqaviləni imzalayıblar. Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm