ABŞ-ın axtardığı ən təhlükəli terrorçu Türkiyədə həbs olundu - VİDEO
Bizi izləyin

Digər

ABŞ-ın axtardığı ən təhlükəli terrorçu Türkiyədə həbs olundu - VİDEO

ABŞ-ın Liviyadakı konsulluğuna 2012-ci ildə edilən hücumun təşkilatçısı hesab olunan terrorçu Türkiyədə saxlanılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, saxta pasportla Türkiyəyə daxil olan Abd al-Baset Azzuz 13 noyabrda Yalova vilayətində tutulub.

O, Noyabrın 24-də İordaniyaya, daha sonra isə ABŞ-a göndərilib.

Məlumata görə, Azzuz Liviyada "Əl-Qaidə" terror qruplaşmasının təlim düşərgəsinə rəhbərlik edib. 1994-cü ildən Böyük Britaniyada yaşayan terrorçu 2006-cı ildə terrorizmdə şübhəli bilinərək həbs edilsə də, Liviyaya qaça bilib. O, ABŞ-da on ən təhlükəli beynəlxalq terrorçu siyahısına daxil edilmişdi.

Xatırladaq ki, ABŞ-ın Benqazidəki konsulluğuna hücum nəticəsində dörd amerikalı, o cümlədən ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens öldürülmüşdü.

Ömər Dağlı


ABD'nin Aradığı El Kaideci Yalova'da Yakalandı haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm