Digər
Altı yaşlı oğlan cinayətkar qrupun öhdəsindən gəldi – FOTOLAR
Yetmiş iki yaşlı boksçu Məhəmməd Əli dünya şöhrətli idmançıdır. Onun 6 yaşlı adaşı isə anasını və kiçik qardaşını müdafiə etmək üçün 7 nəfərdən ibarət oğru dəstəsinin öhdəsindən gəldikdən sonra məşhurlaşıb.
Hadisə Böyük Britaniyanın Birminhem şəhərində baş verib. Silahlı qarətçilər Məhəmməd Əlinin ailəsi ilə yaşadığı evə hücum ediblər. Elə hücum zamanı da evdə Məhəmməd Əli, anası və bir yaşlı qardaşı olub.
Canilər şkafları tökərək qiymətli əşyalar axtarmağa başlayıb. Heç nə tapmadıqda isə tapançanı azyaşlı uşağın başına dirəyiblər. Onlar uşağın anasından evdə olan bütün qızılları verməyini tələb ediblər.
Canilər qadının qulağında qızıl sırğa görərkən tapançanı ona tərəf tuşlayıblar. Bu zaman hadisəyə Məhəmməd Əli müdaxilə etməli olub. O, anasının qarşısına keçərək canilərin üstünə çığırıb: “Anamdan əl çəkin! Ona toxunmayın!”
Şoka düşən qarətçilər evi tərk etməkdən savayı heç nə edə bilməyiblər. Onların “qəniməti” yalnız mobil telefon olub. Oğlanın anası Rifat isə oğlu ilə fəxr edərək deyib: “Oğlum elə cəsur idi! ”
Qarətçilər getdikdən sonra Rifat dərhal polisə zəng vurub. Oğruları “isti” izlə tapmaq olmayıb. Məhəmməd Əliyə əzm və mərdliyə görə gənc insanlara təqdim olunan Alan Henninq mükafatı təltif olunub. Polis də uşağa ayrıca mükafat verib.
Nura
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK