Dükanlarda 19 milyard manatlıq alver edilib
Bizi izləyin

Digər

Dükanlarda 19 milyard manatlıq alver edilib

Yanvar-noyabr aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 19,2 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çox əmtəə satılıb.

Publika.az xəbər verir ki, satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq mallarının xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz bəndi artıb.

Cari ilin on bir ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-noyabr aylarına nisbətən 2,4 dəfə artaraq 5,6 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,2 faizini hüquqi şəxslərin, 8,8 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 94,7 faizini qeyri-ərzaq malları təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm