Yanvar ayına olan müqavilələrdə neft 67 dollardan götürülür
Bizi izləyin

Digər

Yanvar ayına olan müqavilələrdə neft 67 dollardan götürülür

Brent tipli neftin barelinin qiyməti London birjasında 68 dollara düşüb. Yanvar ayına olan “fyuçə” müqavilələrində isə neftin bareli 67 dollardan götürülüb.

Publika.az xəbər verir ki, neftin bareli son 5 ilin minimumuna düşüb. Neftin qiymətinin düşməsi yenə ilk olaraq rublun məzənnəsinə təsir edib. Moskva birjasında 1 dollar 53,63 rubla, 1 avro isə 65,74 rubla yüksəlib. Xatırladaq ki, ötən həftə WTI markalı neft Nyu-York birjasında 0,97 (1,45%) dollar ucuzlaşmışdı. “Fyuçə” müqavilələri hətta 2015-ci ilin yanvarına 65,84 $/barreldən imzalanmışdı. Analitiklərin sözlərinə görə, bununla da Nyu-York birjasında neftin dəyəri ilin əvvəlindən bu tərəfə 33 faiz ucuzlaşmış olub.

Bu arada Səudiyyə Ərəbistanı bazarda mövqeyini qorumaq məqsədilə Arab Light markalı neftinin barelinin dəyərini yanvardan 2 dollar endirəcəyini açıqlayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm