10 ayda Rusiyanın neft ixracatından gəlirləri 5.8% azalıb
Bizi izləyin

Digər

10 ayda Rusiyanın neft ixracatından gəlirləri 5.8% azalıb

2014-cü ilin yanvar-oktyabrında Rusiyanın neft ixracı dəyər baxımından keçən ilin analoji dövrü ilə müqayisədə 5.8% azalaraq $134,627 milyard təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti məlumat verib.Hesabat dövründə ixracatın fiziki həcmi 4.3% azalaraq 186,972 milyon ton təşkil edib. Neft ixracının əsas həcmi uzaq xarici ölkələrin payına düşüb. – tədarükün həcmi 134.627 milyon ton,dəyəri isə $127,236 milyard olub. MDB ölkələrinə isə neft tədarükündən $7,391 milyard gəlir əldə edilib.Tədarükün həcmi isə 19.743 milyon ton olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm