Neft bazarında nə baş verir? – Müsahibə
Bizi izləyin

Digər

Neft bazarında nə baş verir? – Müsahibə

Dünya bazarında neftin qiyməti 66 dollar təşkil edir.

Yanvar ayına olan “fyuçə” müqavilələrində bu qiymət daha aşağı rəqəmlərlə ifadə edilir. Artıq bəzi neft şirkətləri də pessimist bəyanatlarla çıxış etməyə başlayıblar. Məsələn, “ExxonMobil” neftin barelinin 40 dollara düşməsinə hazır olduğunu açıqlayıb. Sual doğurur xammal bazarında baş verən proseslər hansı həddə qədər davam edəcək?

Publika.az-ın bu və digər suallarını Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban cavablandırıb.

- Neftin qiyməti ilə bağlı proqnozlar nikbin deyil. “Morgan Stanle”nin son hesabatında 2015-ci ildə “qara qızıl”ın barelinin 43 dollar təşkil edəcəyi bildirilib. Sizin proqnozunuz nədir?

- Avqust ayında neftin qiyməti 100 dollara doğru hərəkət edərkən neftin qiymətinin 100 dolları keçib-keçməyəcəyi müzakirə obyekti idi. Ölkələr, banklar arasında diskussiya gedirdi. Bildirilirdi ki, neftin qiymətinin 100 dollardan aşağı olması hasilatçı ölkələr üçün öldürücü zərbədir. Çünki 2010-cu ildən bu tərəfə şirkətlər, eləcə də neft hasil edən ölkələr 100 dollardan yuxarı qiymətə alışıblar. Bu pisxoloji həddən aşağı qiymət onlara qeyri-məqbuldur. Lakin sentyabrın dördündə neft psixoloji hədd aşdı. Bundan sonra neftin qiyməti asta-asta düşüşə doğru hərəkət etdi. Oktyabrın əvvəlindəneftin bareli artıq 90 dollar təşkil edirdi. Bu zaman Rusiya prezidenti Vladimir Putinin məşhur bəyanatı oldu. Putin bildirirdi ki, neftin qiyməti 80 dollar olarsa bu, neft hasilatı ilə məşğul olan ölkələrdə sənayenin dayanması, şirkətlərin neft yataqlarının istismarına son verməsi ilə nəticələnək. Açıqlamanın ardınca noyabrın əvvəlində neft 78 dollar oldu. Amerika bankları özlərinin pessimist proqnozları ilə seçilirlər. İlk olaraq “City Morgan” dekabr ayı üzrə neftin qiymətini 65 dollar açıqladı. Bu, özünü doğrultdu. 2015-ci ilin ortasına artıq “qara qızıl”ın barelinin 50 dollar olacağı ssenarisi gündəmdədir. Bəzi qiymətləndirmə şirkətləri, banklar hətta 50 dollardan aşağı qiymət proqnozlaşdırırlar.

- OPEK, sizcə, hasilatı niyə azaltmadı?

- Müzakirələrdə məlum oldu ki, hasilatın gündəlik 1 milyon barel aşağı salınması dünya bazarında nəyisə dəyişməyəcək. Ona görə də OPEK neftin qiymətini daha da ucuzlaşdırmağı məsləhət bildi. Söhbət 6 milyon barel neftin bazardan çıxarılmasından gedir. Bunun nəticəsində neftin qiymətinin yenidən stabilləşməsi gözlənilir. Neftdən asılı olan ölkələr üçün 80-90 dollar bərqərar olacaq.

- Hasilatın azaldılmamasında məqsəd kimi Amerikanın hasil etdiyi şist neftin bazardan sıxışdırılıb çıxarılması göstərilir.

- Rusiya tərəfi deyir ki, Amerikadakı şist neft yataqlarının bazara təsir etməsi üçün cəmi iki il ömürləri var. Bu yataqlar ömrünü başa vurduqdan sonra yenidən dünyada neftin qiymətinin bərqərar olması prosesi başlayacaq. Ancaq məslənin bir başqa tərəfi də var. Amerika gündəlik 9,5 milyon barel nefti 1000-1500 dərinlikdə olan quyudan çıxarmaqla bazara təsir edir. İstisna deyil ki, hökumət daha dərinlikdəki yataqların işlənməsi üçün şirkətlərə pul ayıra bilər. Yəni bu variant da var. Bazara təsir, neftin qiymətinin formalaşması mexanizmləri mürəkkəb olduğundan burada 1-2-3 səbəb yoxdu. Burada on element var. Bunların hər biri hansıa ölkənin, qrupun əlində deyil. Ona görə, neftin qiymətinin hansı həddə qədər düşməsi və ya indiki qiymətin stabil qalması çətin məsələdir. - Neft elə bir məhsuldur ki, boru xəttinin keçdiyi ölkələrdə baş verən proseslər belə qiymətinə təsir edir. Məsələn, 2014-2015-ci qış mövsümü Avropada ən isti qış mövsümü elan edilib. Nəticədə enerjiyə tələbat aşağı düşdüyndən sıxılmış qaz Asiya bazarına yönəldilib. Ötən həftə Asiya bazarında ilk dəfə qaza olan tələbat artdığından qiymətlərdə kəskin ucuzlaşma baş verib. Bu da Rusiyaya növbəti zərbədir. Çünki Rusiya Saxalindən Cənubi Koreyaya, Yaponiyaya sıxılmış qaz ixrac edirdi. Dünya bazarında çox şey dəyişir.

- Görünən odur ki, bazarda baş verən dəyişikliklərdən ən çox təsirlənən Rusiyadır.

- Deməzdim. İqtisadiyyatları neftdən asılı olan çox sayda ölkələr var. Lakin əsas Rusiya ilə Venesuellanın adı öndə çəkilir. Venesuellanın nefti qatılaşmış, çətin çıxarılan neftdir. Artıq həmin neft 60 dollardan aşağı satılır. Venesuellanın büdcəsi 120 dollardan hesablanırdı. Ölkədə vəziyyət elə gərginləşib ki, insanlar adi tələbat mallarını belə tapa bilmirlər.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm