Əmanətləri dollara çevirməyə ehtiyac varmı? – Açıqlama
Bizi izləyin

Digər

Əmanətləri dollara çevirməyə ehtiyac varmı? – Açıqlama

Neftin qiymətinin düşməsi özü ilə birlikdə rus rublunu aşağı sürükləyir.”Qara qızıl” hasilatçısı kimi Azərbaycan valyutasını da belə bir taleyin gözləyib-gözləmədiyi müzakirə mövzusudur. Manat dəyərdən düşəcəkmi? Əmanətləri dollara çevirməyə ehtiyac varmı?

Publika.az-ın suallarına cavab verən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi dolların manata təzyiqini artırsa da, hələlik tədiyyə balansımızda müsbət saldo saxlanılmaqdadır: ”İdxalı 3 dəfə üstələyən Azərbaycan ixracatında qara qızılın qiymətinin düşməsi səbəbindən dəyər ifadəsində azalmalar olsa da hələ də xarici ticarətdə böyük profistə malikik. Bu isə o deməkdir ki, Azərbaycanı tərk edən valyuta ölkəyə daxil olan valyutadan xeyli azdır. Deməli, ölkəyə daha çox dollar kütləsi daxil olur. İqtisadi baxımdan, Mərkəzi Bankın manatın deyil, dolların sterilizasiyasını həyata keçirməlidir ki, milli valyuta kəskin möhkəmlənməsin. Amma məsələnin psixoloji və kənar effekt tərəfləri var. Psixoloji mesajlar daha çox dünya neft bazarından gəlir və bu da manat üzərind təzyiq formalaşdırır. Kənar effekt təsirlər isə ixracatdan daxil olmalarin azalması fonunda dövlətin və əhalinin qənaət etməsi, bundan isə xidmət, bank sektorlar daxil olmaqla bir sıra digər sahələrin təsirlənməsidir. Buraya eyni zamanda Mərkəzi Bankın potensial intervensiya xərclərini də əlavə etsək o zaman mənzərə daha aydınlaşar. Eyni zamanda, bir sıra neft ölkələrində milli valyutanın develvasiyası büdcə kəsirinin doldurulmasında əsaslı alət kimi istifadə edilir. Qonşu Rusiya bu aspektdən uyğun nümunələrdəndir”.

İqtisadçı bildirir ki, bütün bunları nəzərə alaraq isə orta və uzunmüddətli deyil, qısamüddətli dövrdə milli valyutanın məzənnəsini proqnozlaşdırmaq olar: “Mərkəzi Bankın ehtiyatlarını və potensial intervensiya xərclərini nəzərə aldıqda qısamüddətli dövrdə manatın məzənnəsindəki stabillik qorunub saxlanılacaq. Bu isə o deməkdir ki, yaxın yarım ildə mövcud şərtlər daxilində manatın məzənnəsinda azalma müşahidə edilməməlidir. Deməli, milli valyutanın məzənnəsi ilə bağlı indki halda narahatlıq yoxdur. Eyni zamanda Mərkəzi Bankın Pul Kredit Siyasətinin Əsas İstiqamətləri barədə sənədi də bu əminliyi formalaşdırır. Sonrakı mərhələdə isə manatı məzənnəsi ilə bağl siyasət daha çox dünya neft bazarında baş verənlərdən asılı olacaq. Təbii ki, milli valyutanın məzənnəsi ilə bağlı qərarların heç də həmişə öncədən və iqtisadi baxımdan proqnozlaşdırıla bilmədiyini də unutmamalıyıq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm