Vergilər Nazirliyi büdcəyə 7 milyard manat ödəyib
Bizi izləyin

Digər

Vergilər Nazirliyi büdcəyə 7 milyard manat ödəyib

Yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 milyard 645 milyon 692 min manat vəsait daxil olub.

Publika.az xəbər verir ki, yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 645 milyon 692 min manat olub. Bu məbləğin 33,4 faizi mənfəət vergisinin, 27,5 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,6 faizi aksizlərin, 15,3 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 899 milyon 924,7 min manat vəsait daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz çoxdur.

Yanvar-noyabr aylarında respublika üzrə 75 min 988, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çox vergi ödəyicisi qeydiyyata alınıb. 1 dekabr 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 71288 vergi ödəyicisi çox, yəni 604381 olub.

2014-cü ilin yanvar-noyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,3 faiz təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm