Sahibkarlara 280 mln manat güzəştli kredit verilib
Bizi izləyin

Digər

Sahibkarlara 280 mln manat güzəştli kredit verilib

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2014-cü ilin ötən dövrü ərzində 5 401 sahibkara 280 mln manat güzəştli kredit verilib.

Publika.az xəbər verir ki, belə bir açıqlama ilə SKMF-nin icraçı direktoru Şirzad Abdullayev çıxış edib. O bildirib ki, ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir: “Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1446 investisiya layihəsinin maliyyələşdirilməsinə 54,7 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, ixtisaslaşdırılmış “yaşıl market”in, quşçuluq fabrikinin, heyvandarlıq komplekslərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5100-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm