Röya Ayxan və Aygün Kazımova xəstəxanada yatırlar? - EKSKLÜZİV - AÇIQLAMA
Bizi izləyin

Digər

Röya Ayxan və Aygün Kazımova xəstəxanada yatırlar? - EKSKLÜZİV - AÇIQLAMA

Amma hadisədən sonra nə müğənnilər, nə də onların prodüserləri bu barədə heç bir məlumat vermirdilər. Hətta, hadisə ilə bağlı verilən sualları cavablandırmırdılar.


Publika.Az məsələni daim diqqətdə saxladığı üçün Aygün Kazımova ilə əlaqə saxladı.

"Oldu, bitdi..."

Xalq artisti bu barədə danışmayacağını dedi:

“Mən bu olayla bağlı heç nə danışmıram. Heç nə danışmaq istəmirəm. Oldu, bitdi. Söhbət açıldı və bağlandı”.

A.Kazımovadan fərqli olaraq Röyanın prodüseri Kənan Bayramov hadisəni daha dolğun izah etdi.

"Röya Mərkəzi Klinik Xəstəxanada, Aygün də Neftçilər Xəsətəxanasında..."

“Son məlumat belədir ki, Röya Mərkəzi Klinik Xəstəxanasında, Aygün də Neftçilər Xəsətəxanasında yatırlar. Vəziyyətləri ağırdır... nə olub ki, nə isə də olsun? Bunlar təbii haldır. Harasa məlumat versə, məni tərifləyəsi deyil ki? Özünü pisləyəsi deyil ki? Olan-olub, keçən-keçib. Şou-biznesdə böyük-kiçik olmur. Bir də ki, nə şou-biznes, həyatda da... onlar şou-biznesdə deyil, həyat dava ediblər. Şou-biznesin bura nə aidiyyatı var? Mahnı, içki üstündə dava etməyiblər ki, başqa söz-söhbət olsun. Sadəcə olaraq, olan-oldu, keçən-keçdi. Bir-birini döyən olmadı, öldürən olmadı, başqa şey olmadı. Normal bir işdir. Məsəl üçün, orada adi adam dalaşsaydı, necə olardı? Bir sözlə, bu söhbət mənə lazım deyil. Mənə elə gəlir ki, bu söhbət Aygünə də lazım deyil”.

K.Bayramov bəzi şəxslərin hadisə ilə bağlı dezinformasiya yazmasına da toxundu:

“Dəxlisiz-dəxlisiz adamlar bunu şişirtməklə, uzatmaqla heç nəyə nail olan deyillər. Biri yazır “o, ona təpik vurdu, Aygün yıxıldı”, “Röya şillə vurdu Aygünün başına”. Bunlar hamısı boş söhbətdir. İkisinin arasında olubsa da, min nəfərin gözü qarşısında olub. Nə cür olub, necə olub, hamı görüb. Gülməlidir... adama deyən lazımdır, görmüsən? Kim görüb? Adama qayıdıb deyərlər ki, yalançının... o da, səssiz-səmirsiz qalar. Sadəcə olaraq, adam özü səviyyəsinə sığışdırmır ki... ayıbdır, axı!”.

Prodüser şahid kimi hadisənin necə baş verdiyini açıqladı:

“Aygün Röyanı rəqsə dəvət edib. Röya da Aygün ilə rəqs etmək istəməyib. Bundan sonra insident oldu. İkisini də yerlərində otuzdurdular. Sakitliklə söhbət qurtardı. Sonra yerlərindən bir-birinə bir-iki söz də dedilər, vəssalam.. Daha sonra Röya içdi, rəqs elədi, dedi-güldü. Aygün də özü üçün orada deyib-güldü. Mən Röyanı evə apardım. Aygün də toyun sonuna qədər orada qaldı. Düzdür, Aygün hamıdan gec gəlmişdi. Toyda oxudu da, çıxdı da, getdi də. Burada nə Aygün, nə də Röya özündən getdi ki, nə isə baş verib. Röya öz evinə getdi, həmişəki kimi heç nə olmayıbmış kimi... həmçinin də Aygün...”

K.Bayramov A.Kazımova ilə telefon danışıqları olduğunu da söylədi. O, tərəflər arasında heç bir düşmənçilik münasibətlərinin olmadığını dedi:

“Mən ona zəng etməmişdim. Sadəcə o, dedi ki, inciklik yoxdur, məclisdə oldu və keçdi getdi. Yəni ki, biz onunla inciklik, davalı-qırğınlı, düşmən də deyilik. Nə də o bizimlə. Burada heç bir problem yoxdur. Yəni ki, küsülü olmaq oradan başlamayıb. Bunların hamısı vaxtında olub. Sadəcə insident orada baş verib”.

Qeyd edək ki, tanınmış teleaparıcı Kamilə Babayevanın toyunda xalq artisti Aygün Kazımova ilə müğənni Röya Ayxan arasında yaranan münaqişə rəqs edən zaman baş verib. Toyda olan qonaqlar tanınmış simaları ayırmağa çalışıblar. Nəticədə isə toyda A.Kazımova mahnı oxuyub, Röya isə çıxış etmədən toyu tərk edib.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm