Rusiyadan Azərbaycana pul köçürmələri azalır – Açıqlama
Bizi izləyin

Digər

Rusiyadan Azərbaycana pul köçürmələri azalır – Açıqlama

Məlum olduğu kimi, neftin ucuzlaşması fonunda rubl da valyutalara nəzərən dəyərdən düşüb.

Qapalı bazarda dollar 57,4990 rubla, avronun kursu isə 71,23 rubla qalxıb. Rusiyanın defolta getməsi ilk öncə ticarət tərəfdaşı kimi Azərbaycan üçün mənfi nəticələr vəd edir. Xüsusilə, nəzərə alsaq ki, Rusiya bazarı azərbaycanlılar üçün iş yeridir, həmyerlilərimizin köçürmələrinin həcminin sürətlə azalacağı, hətta onların geri qayıdacaqları irəli sürülür.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, Rusiya iqtisadiyyatının düşdüyü vəziyyət hələ ki pul köçürmələrin həcminə ciddi təsir göstərməyib: “Ümumilikdə, Rusiyadan pul köçürmələri azalıb. Mərkəzi Bankın məlumatına görə, ötən ilin 9 ayında köçürmənin həcmi 17,1 milyard dollar olduğu halda bu il 16,5 milyard dollara düşüb. Azalma əsasən III rübdə baş verib. Bu rüb 6,9 milyard dollar pul göndərilib. Halbuki 2013-cü ildə həmin rəqəm 7,2 milyard dollar təşkil edirdi.

Güman ki, əsas pul azalması IV rübdə olacaq. Çünki rublun ən çox dəyərsizləşdiyi dövr oktyabr-dekabr aylarına təsadüf edir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm