Digər
Açıq-saçıq geyinən azərbaycanlı müğənni: “Gözümün qurdunu öldürürəm“
Azərbaycan ulduzları arasında “dəcəlliyi” ilə tanınan və sevilən Səidə Sultan ürəyində qalan gizli məqamların hamısını açıb-tökdü. Müğənni xanım sevib-sevilmək istədiyini etiraf edib. Publika.Az-a müsahibə verən xanım Sultanova bir neçə ay bundan öncə yaşadığı eşq macərasından da söz açıb.
- Səidə xanım, səhnədə olduğunuz müddət ərzində özünüzü
tamaşaçıya sevdirə bilmisinizmi?
- O qədər də sevdirə bilməmişəm. Səbr edib, pillə-pillə
ucalmalıyam.
- Şou-biznes əhli ilə aranız necədir?
- Hər kəslə aram yaxşıdır. Ancaq mənim bostanıma daş atanda hər
kəsin cavabını layiqincə verməyə hazıram. Çox əsəbiyəm. Yəni ki,
heç kimin mənimlə işi olmasın.
- Bu zamanadək kiməsə pislik etmisiniz?
- Xeyir, etməmişəm, heç vaxt da etmərəm. Çünki hər birimiz
müsəlmanıq. Pislik etməklə nə qazanmaq olar ki? Ancaq ayağımın
altını qazan çoxdur.
- Bəs, düşmənləriniz kimlərdir?
- Düşmənim ancaq ermənilərdir. Azərbaycanlıya heç vaxt düşmən gözü
ilə baxa bilmərəm.
- Həmkarınız Kərimlə aranız necədir?
- Kərimi çox istəyirəm. O, mənim qardaşımdır. Xanımı da gözəl
xanımdır. Ailəvi dostuq.
- "Qardaş" dediyiniz həmkarınızın xanımı sizi qısqanır?
- Xeyr, əsla qısqanmır. Çünki bilir ki, mənim Kərimlə aramda heç nə
ola bilməz.
- Əlinizə düşən fürsətlərdən lazımınca istifadə edə
bilmisinizmi?
- Əlimə bir neçə dəfə şans düşüb. Sadəcə olaraq istifadə edə
bilməmişəm. Səbəbini isə heç özüm də bilmirəm. Ancaq nəyisə etmək
istəsəm, bilirəm ki, öhdəsindən gələ bilərəm.
- Bir neçə ay bundan öncə nişanlanacağınız haqda xəbər
yayılmışdı. Ancaq nədənsə nişan mərasiminiz baş tutmadı.
Xoşbəxtçiliyinizə kim mane oldu?
- Bəli, xəbər doğru idi. Ancaq sözügedən mərasim olmadı. Çünki
fikirləşdiyim ailə həyatını o insanda görə bilmədim. Demirəm ki,
məndən yoxdu və ya ideal insanam. Hər kəsin səhvi olur. Sadəcə
olaraq sonumuz olmayacaqdı. Nə vaxtsa, ya o məni, ya da mən onu
öldürəcəkdim. Ona görə də sözügedən münasibətin sona yetməsi
məsləhət idi və bitdi.
- Sevgilinizə görə əziyyət çəkib, göz yaşı tökmüsünüz?
- Çətinlik çəkdiyim məqamlar olub. Elə vaxtım olub ki, maddi
baxımdan da əziyyətli günlərim olub. Ancaq pula görə heç vaxt
kiməsə ağız açmamışam. Sevgi baxımından isə orta məktəbdə oxuyarkən
əziyyət çəkmişəm.
- Hazırda həyatınızda sevdiyiniz şəxs var?
- Həyatımda heç kim yoxdur. Çünki ürəyimə yatan oğlan yoxdur.
Əslində sevib-sevilmək istərdim. Sevgiyə ehtiyacım var. Mənim
evlənəcəyim oğlan sözün əsl mənasında kişi olmalıdır.
- Ailə qurduqdan sonra da açıq-saçıq geyimlərə yenə də üstünlük
verəcəksiniz?
- Əgər nişanlım qısa geyimlərə icazə verməsə, heç vaxt geyinmərəm.
Hələ cavanam. Gözümün qurdunu öldürürəm (gülür).
- Evləndikdən sonra sənətinizi davam etdirib şou-proqramlara
gedəcəksinizmi?
- Əgər evləndiyim şəxs məni maddi baxımdan qane edərsə, işləmərəm.
Ancaq evli xanım olduqdan sonra şou proqramlara getməyəcəyəm.
Ceyran Əsgərqızı
Publika.Az
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi