Digər
Azərbaycanlı müğənni od püskürdü
Yaşar, bənzəri olan 12 illik dostundan da söz açdı. Publika.Az-a müsahibəsində Yaşar subaylığın hələ də daşını atmaq istəmədiyini dilə gətirdi. Sözügedən müsahibəni sizlərə təqdim edirik:
- Bu vaxtadək ləqəb götürməməyinizə səbəb nədir?
- Hər kəs bu vaxtadək məni Yaşar Cəlilov və ya Yaşar “Bilməzdim”
kimi tanıyıb. Bundan sonra da belə tanıyacaqlar.
- Şou-biznesdə rəqib axtarmaq lazımdır, yoxsa işləmək?
- Ümumiyyətlə, şou-biznesdə olan insanların əksəriyyəti mənim
rəqibimdir. Odur ki, biz ifaçılar üzərimizdə işləməliyik.
- Sizin haqqınızda pis fikirdə olan insanlar var?
- Arxamca danışan insanlara məsləhət görərdim ki, ilk öncə
özlərinin eyiblərinə baxıb, sonra kiməsə şərh bildirsinlər. Səsimə
də şübhə ilə yanaşan şou-biznes əhli bilsin ki, mən doğrudan da
oxuya bilirəm.
- Səsinizin olub-olmamağına şübhə ilə yanaşanlar
kimlərdir?
- Adlarını çəkə bilmərəm. Onu da deyim ki, şou-biznes
nümayəndələrinin əksəriyyəti bir-birlərinə qarşı səmimi deyil. Hamı
bir-birini yola verir.
- Yaşar Cəlilov kiminlə duelə çıxa bilər?
- Öz yaşıma uyğun hər kəslə duelə çıxa bilərəm. Hətta məndən 5-10
yaş böyük olan müğənni ilə də yarışa bilərəm. Elə məqamlar var ki,
onları demək olmur. Odur ki, sözü atıram, yiyəsi götürür.
- Eyni səhnəni kiminlə bölüşə bilməzsiniz?
- Toy mərasimlərinə gedəndə kimin hansı səsə malik olduğunu
bilirəm. Etiraf edim ki, xalq artisti Səməd Səmədovla eyni toyu və
səhnəni bölüşə bilmərəm. Çünki sözügedən şəxs güclü rəqibdir.
- Şou-biznesdə oxşarınız var?
- Bəli, məni 12 il dostluq etdiyim Emil Bədəlova oxşadırlar.
Səslərimizi, görünüşümüzü bir-birimizə bənzədirlər. Hətta demək
olar ki, onunla məni səhv salırlar.
- Şəxsi həyatınızda nə kimi yeniliklər var?
- Hələ ki, heç nə yoxdur. “Subaylıq sultanlıqdır” deyib hələ
evlənmək istəmirəm. Hər şeyi zamanın öhdəsinə buraxmaq
lazımdır.
Ceyran Əsgərqızı
Publika.Az
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ