Digər
Tanınmış azərbaycanlı bəstəkar: “Əgər ad çəksəm...“
Azərbaycanlı bəstəkar Nazim Məmmədov Azərbaycanda “bir nömrəli” müğənninin adını çəkməyə ehtiyat edib. Publika.Az-a müsahibə verən bəstəkar, incidiyi müğənnidən də söz açaraq hər şeyi zamanın ixtiyarına buraxdığını dilə gətirib. Nazim şəxsi həyatından da danışıb.
- Hazırda Azərbaycanda “bir nömrəli” müğənni kimdir?
- Hər kəs özü üçün “bir nömrəli” müğənnidir. Ancaq Azərbaycanda
“bir nömrə” sözünə layiq olan ulduzlarımız çoxdur.
- “Onlar” dedikdə kimləri nəzərdə tutursunuz?
- Ad çəkməyəcəyəm. Əgər ad çəksəm, sənət dostlarım məndən inciyə
bilərlər.
- Şou-biznes nümayəndəsi ilə aranızı vuranlar olub?
- Bəli, olub. Ancaq vaxt gələcək, aravuranlar üzə çıxacaq. Onu da
deyim ki, bəzilərindən fərqli olaraq mən idarə olunmuram.
- Müğənnilərlə bəstəkarların dalaşmalarına səbəb nədir?
- Əgər ifaçı ilə bəstəkar yola getmirsə, bilin ki, günah
müğənnidədir. Danılmaz faktdır ki, azərbaycanlı ulduzların
əksəriyyəti işlərinə məsuliyyətsiz yanaşırlar. İfaçı ilə bəstəkarın
iş rejimi və xasiyyəti uzlaşmırsa, hər zaman problemlər olacaq.
- Mahnılarınızı ifa edən müğənnilərdən razısınız?
- Müğənni, əgər mənim mahnımı ifa edirsə, razıyam. Axı bəstələrimi
hər ifaçıya da etibar etmirəm. Mahnılarım, övladlarımdır.
- Yaşlı nəslin nümayəndələri gənc ifaçılara irad bildirəndə,
razılaşırsınız?
- Onların fikirlərinə böyük hörmətim var. Ancaq özlərini “korifey”
adlandıran bəzi yaşlı nəslin ifaçılarının iradları ilə
razılaşmıram. Çünki bəzən elə kəlmələr işlədirlər ki, adamı lap
hövsələdən çıxarırlar.
- Şəxsi həyatınızda nə kimi yeniliklər var?
- Nişanlıyam. Özümü xoşbəxt hesab edirəm. Bir-birimizi başa
düşürük. Evlənəcəyim xanım dizaynerdir. Onu da deyim ki,
yaradıcılıqla oxşar cəhətlərimiz çoxdur.
Ceyran Əsgərqızı
Publika.Az
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi