Xuraman Şuşalı ər xəyanətindən danışdı: “...onu heç vaxt bağışlamaram“
Bizi izləyin

Digər

Xuraman Şuşalı ər xəyanətindən danışdı: “...onu heç vaxt bağışlamaram“

İfaçı ailə qurduqdan sonra xoşbəxt olduğunu, həyat yoldaşı tərəfindən aldadılmasına baxmayaraq, xəyanəti bağışladığını söyləyib. Publika.Az-a müsahibə verən Xuraman Şuşalı, xanımlara yuvalarını dağıtmamağı məsləhət görüb.


- Uzun zamandır sizi teleməkanda görə bilmirik. Səbəb nədir?

- Ana olduqdan sonra bir az səhnədən uzaqlaşdım. Eyni zamanda da istirahət etmək istədim. Ancaq sənətimi davam etdirmək fikrindəyəm.

- Evləndikdən sonra xoşbəxtlik tapa bilmisinizmi?

- Əbədi sevgimi tapmışam. O da mənim övladım və ailəmdir. Xoşbəxtliyi pulla ölçmək olmaz.

- Həyat yoldaşınızın hansı səhvinə görə ondan boşanarsınız?

- Heç vaxt həyat yoldaşımdan ayrılmaram. Çünki mənim övladım var. Niyə ayrılmalıyam axı? Ayrılmağımıza ortada səbəb yoxdur. Onu deyim ki, xanımlarımız kişilərinin üstünə çox düşürlər. Ancaq qadından da çox şey asılıdır. Evdar xanım yuvasının dağılmağına imkan verməməlidir.

- Həyat yoldaşınız sizə xəyanət etsə, bağışlayarsınızmı?

- Bəli, bağışlayaram. Çünki səhvsiz insan yoxdur. Ancaq ardı-arası kəsilməyən xəyanətlər edərsə, o zaman onu heç vaxt bağışlamaram. İnanıram ki, mənə qarşı heç vaxt belə hörmətsizlik olmaz. Eyni zamanda da həyat yoldaşımın sevgisinə şahidəm.

- Bu vaxtadək yoldaşınız sizi aldadıb?

- Xeyir. Heç vaxt başıma elə hadisə gəlməyib.

- Bəs, hansı sirrinizi yoldaşınızdan gizlətmisiniz?

- Çox vaxt hər şeyi yoldaşıma deyirəm. Ancaq bəzi məsələlər var ki, onlar gizli qalsa yaxşıdır.

- Ailə qurduğunuz şəxslə problem yaşasanız, efirlərdə nümayiş etdirərsiniz?

- Ailə kiçik dövlətdir. Hər dövlətin öz sirləri var. Elə sirlər var ki, onları heç kimə demək olmaz. İnsan eyiblərini ortaya çıxartmamalıdır. Heç Allah da elə insanları sevmir. Ulduzların həyatı tamaşaçılar üçün maraqlı olsa da ifaçının ailəsindəki problemi heç kim bilməməlidir.

- Şou-biznes əhlinin tez-tez boşanmasına səbəb nədir?

- İnanın ki, tək boşanan şou-biznes əhli deyil. Adi insanlar da boşanırlar. Hər kəsin özünəməxsus problemləri vardır. Nəyinsə xatirinə güzəştə getməyi bacarmaq lazımdır. Sevib ailə quran ailələrdə problemlər çox az olur. Çünki əmələ gələn çətinlikləri birgə aşırlar.

Ceyran Əsgərqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm