• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Faytonçu Nazim şou-biznesi "yuyub-sərdi"

  • Digər
  • 31 May 2012 10:15
  • 38 Baxış
Faytonçu Nazim şou-biznesi "yuyub-sərdi"

Publika.Az-a verdiyi müsahibədə, adının qalmaqallarda hallanmamasının səbəbini açıqlayan Nazim, müdrikləşməyə doğru getdiyini dilə gətirib...


- İllər öncə adınız qalmaqallı verilişlərdə daha tez-tez çəkilirdi. Ancaq indi nədənsə, sizi efirlərdə az-az görürük...

- İnsan yaşa dolduqca müdrikləşir. Ancaq bəzi insanlar var ki, onlarda tam əksinə olur. Yəni yüngülləşirlər (gülür). Qalmaqallardan uzaqlaşmağım, yəqin ki, ağırlaşmağımdan xəbər verir.

- Qalmaqal edən zamanlar özünüzü müdrik hesab etmirdiniz ?

- Onda cavan olduğum üçün özümdən tez çıxırdım, səbirli deyildim. Bostanıma daş atan insanın cavabını verdiyim üçün adım qalmaqallı müğənnilərin sırasında çəkilirdi.

- Bu zamanadək klipmeykerlərlə və ya prodüserlərlə problem yaşamısınız?

- Xeyr, hələ ki, problemim olmayıb. Ancaq illər öncə rejissor Aqil M.Quliyevlə “Necə unudum” klipinə görə mübahisəmiz olmuşdu. Ancaq sonralar aramızdakı söz-söhbəti müəyyənləşdirdikdən sonra hər şey həllini tapdı. Hazırda sözügedən insanla münasibətlərimiz normaldır.

- Neçə il bundan öncə Aqil bəylə yaşadığınız problemə görə, yenə də işlərinizi ona həvalə edərdiniz?

- Düşünmürəm ki, yenidən Aqillə problemim yaransın. Çünki həmin klipmeykerdən son zamanlar heç kim şikayət etmir.

- Azərbaycan müğənniləri gündəmdə qalmaq üçün hansı yollara əl atırlar ?

- Qalmaqal edib gündəmə gəlirlər. Çünki bunun özü də bir üsuldur, ucuz piyarla məşğul olurlar. Ancaq özümdən cavan nəslə məsləhət görərdim ki, çalışsınlar keyfiyyətli və səviyyəli musiqiyə üstünlük versinlər. İfa etmək istədikləri mahnını oxumamışdan öncə, güzgüyə baxıb fikirləşsinlər ki, buna səs tembrim imkan verir? Gənc nəslin nümayəndələri səs tembrlərinə uyğun olmayan mahnıları ifa edib özlərini gülünc vəziyyətə qoyurlar.

- Özlərini gülünc vəziyyətə qoyan ifaçılar kimlərdir ?

- “Şipşirin” Elçin verilişlərin birində Cahangir Cahangirovun mahnısını ifa etmişdi. Ancaq mənim fikrimcə, onun sözügedən insanın mahnsını oxuması hələ çox tezdir. Onu da deyim ki, həmin musiqini ilk dəfə mərhum xanəndəmiz İslam Rzayev ifa edib. Sözügedən ifaçıya dost, qardaş kimi məsləhət görərdim ki, üzərində xeyli işləsin. Çünki Elçinin oxumağından razı qalmadım.

- Estrada ifaçılarından hansı müğənninin səs tembri sizə daha çox yaxındır?

- Mənə yaxın olan və məni qane edən səs həmkarlarım Elton Hüseynəliyev, Zamiq Hüseynov, Ayaz Qasımov və Ayanın səsidir.

- Şou-biznesdə eşq macəraları yaşayan cütlüklərə münasibətiniz necədir ?

- Həmkarlarıma məsləhət görərdim ki, seçimlərini 1 dəfə yox, 777 dəfə etsinlər. Ən azından, fikirləşmək lazımdır ki, ailə qurub xoşbəxt olmaq istəyən qız hansısa evin qızı, bacısı, ən önəmlisi isə kiminsə qızıdır. Evlənib-boşanmış həmkarlarımı görəndə və ya eşidəndə çox məyus oluram. Evliliyi bazara çevirmək olmaz. Odur ki, evlənib-boşanan insanlara çox pis baxıram. Nəzərinizə çatdırım ki, xalqın içində biz müğənnilərə qarşı pis fikir yaranır. Deyirlər ki, müğənniyə qız vermərik. Çünki fikirləşirlər ki, biz müğənnilərdən yaxşı ailə başçısı olmaz.

- Hazırda evlənib-boşananlar kimlərdir ?

- Ad çəkmək istəmirəm. Çünki evlilik şəxsi məsələdir.

- Bəs siz necə, evlilik mövzusunda seçiminizi düzgün etmisiniz?

- Allahın bu gününə şükür edirəm ki, ailəmdən çox razıyam. Çünki 23 ildir ki, evliyəm və gözəl övladlarım var. Bununla da fəxr edirəm.

Ceyran Əsgərqızı
Publika.Az

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR