Digər
Azərbaycanlı müğənnidən ailə etirafları
Azərbaycanlı müğənni Kərim Abbasov iş və şəxsi həyatından danışıb. Həmkarlarına sərt ismarıc göndərməsinə baxmayaraq, hər kəsin tənqid etdiyi meyxanaçı haqda isə müsbət fikirlər söyləyib. Müğənni Publika.Az-a müsahibəsində ailəsi haqda heç vaxt dilinə gətirmədiyi etirafları edib.
- Qalmaqallardan kənarda, sakit dayanmağınıza səbəb
nədir?
- Dəyərli dostlarım və ailəm var, onlar əsəbləşməyimə imkan
vermirlər. Həm də axı o yaşım deyil ki, kiminləsə qalmaqal
edim.
- Sizcə, şou-biznesdən kimlər uzaqlaşmalıdır?
- Heç kimin sənətdən getməyini istəmirəm. İfaçıların sayı çox
olanda, sənət və rəqabət olur. Bəzi həmkarlarımdan fərqli olaraq,
şou-biznesə yeni simaların gəlməyini istərdim. Onların gəlməsinə
baxmayaraq, mənim üzüm heç vaxt unudulmayacaq. Çünki neçə ildir
peşəkar səhnədəyəm. Kərim Abbasovu unutmaq qeyri-mümkündür.
- Musiqi aləmində dostlarınız var?
- Əlbəttə, var. Hər zaman onlara kömək etməyə çalışmışam. Dostluq
etməyi bacaran insanam. Ramal İsrafilov, Səidə Sultan və bəzi
adlarını çəkmədiyim sənətçilər mənim dostlarımdır.
- Azərbaycanda “bir nömrəli” müğənni kimdir ?
- Hər kəs özünə görə, “bir nömrə”dir. Ürəyimə yatımlı Nisə
Qasımovanın, Səidə Sultanın, Mətanət Əsədovanın, Ramal İsrafilovun
və öz səsimdir. Başqalarının adlarını çəkmirəm. Çünki onlar üçün
böyük reklam olar. Ən sevdiyim müğənni isə Üzeyir Mehdizadədir.
Onun ifasını çox bəyənirəm. Kişi müğənnilər içərisində Kərim
Abbasov, Ramal İsrafilov və Üzeyir Mehdizadədən başqa müğənni
görmürəm.
- Üzeyir Mehdizadə istedadlı ifaçıdırsa bəs, niyə ona
dırnaqarası meyxanaçı kimi baxırlar?
- Üzeyirə kimsə dırnaqarası baxa bilər. Ancaq mən bu fikirlə
razılaşmıram. O, çox talantlı və istedadlı oğlandır. Tamaşaçılar
tərəfindən sevilən müğənnilərin əksəriyyətini şou-biznes əhli hər
zaman vurmağa çalışıb. Ancaq razılaşmaq lazımdır ki, Üzeyir müəyyən
kütlə tərəfindən sevilir. O, həm də insan kimi yaxşı oğlandır,
mədəniyyətlidir. Adam onun elə hərəkətlərinin yanında aciz
qalır...
- Evliliyiniz necə gedir ?
- Hər şey yaxşıdır. Çox mehribanıq. Xanım məni başa düşür, hörmət
edir. Hər an yanımdadır. Ən əsası isə bütün əziyyətlərimi
çəkir.
- Xanımınız qısqancdır?
- Bəli, məni çox qısqanır, çünki çox sevir.
- Bəs siz necə, onu qısqanırsınız?
- Onun qısqandığı qədər qısqanmıram. Çünki bütün günü evdə olur.
Heç kimə etibar etmədiyim qədər ona inanıram.
- Bildiyimizə görə, ata olmağa namizədsiniz...
- İnşallah, bir neçə aydan sonra ata olacağam. Çox xoşbəxtəm. Artıq
övladımın adını yuxumda da görmüşəm.
Ceyran Əsgərqızı
Publika.Az
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO