• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dövlət dini radikalizmə qarşı hərəkətə keçdi

  • Digər
  • 12 Fevral 2014 11:10
  • 621 Baxış
Dövlət dini radikalizmə qarşı hərəkətə keçdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədi ilə görülən işlər barədə açıqlama verilib.

Məsələ ilə əlaqədar olaraq Dövlət Komitəsi bütün bölgələrdə regional konfranslar keçirib:“Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə ötən il bütün bölgələrdə regional konfranslar keçirib.”

Komitədən bütün bölgələrdə din xadimlərinin iştirakı müzakirələrin keçirildiyi barədə də məlumat veriblər: “Burada din xadimləri, ilahiyyatçılar, dindarların iştirakı ilə bir sıra məsələlər müzakirə olundu, o cümlədən radikalizmlə mübarizə bu tədbirlərin əsas xətti oldu”.

Komitədən bildiriblər ki, ötən ilin sonuncu rübündən başlayaraq Dini Araşdırmalar Mərkəzi ilə birgə istiqamətləndirici təlim kursları təşkil edilir: “Kurslar əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakı, Şirvan və Şimal-Qərb bölgələrində keçirilib. Bu günə qədər keçirilən kurslarda 150-dən çox imam və axund iştirak edib”.

Məlumatlarda qeyd olunub ki, QMİ-nin iştirakı ilə cəlb olunmuş imam və axudlar üçün təlim kursları daha çox tədris xarakterlidir: “Həmçinin, bu kurslar onlar üçün pozitiv istiqamətdir. Dini maarifçilik işinin kəmiyyət və keyfiyyət baxımından artıq yeni mərhələdə, cəmiyyətin və müasir dövrün tələblərinə uyğun aparılması zəruridir. Cəmiyyətdə maarifçilik işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb olunması bundan sonra da davam etdiriləcəkdir” (ANS).

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR