• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Sənətçilər maşını da, evi də kreditlə alırlar“

  • Digər
  • 20 May 2012 20:00
  • 8 Baxış
“Sənətçilər maşını da, evi də kreditlə alırlar“

Azərbaycanın tanınmış aktyoru, yumorist Fərda Xudaverdiyev son vaxtlar televiziya kanallarında görsənməməyinin səbəbini açıqlayıb. Aktyor teleməkandan narazı olduğunu dilə gətirib.

Fərda Xudaverdiyevin Publika.Az-a verdiyi müsahibəni təqdim edirik:

- Fərda bəy, bir zamanlar maraqlı verilişlərin müəllifi və aparıcısı idiniz. Ancaq indi nədənsə sizi efirlərdə görmək mümkün deyil. Televiziya məkanında uzaqlaşmağınızın səbəbi nədir ?

- Sponsorlar baxımından əziyyət çəkdiyimə görə, daha veriliş hazırlayıb efirlərə çıxa bilmirəm. Çünki hansısa monoloqumun ortasında əlimə kolbasanı alıb reklam edə bilmərəm. Çünki bu, mənim verilişlərimin formatına uyğun deyil. Efirlərə çıxmıramsa, bu, o demək deyil ki, öz üzərimdə işləmirəm. Ciddi-cəhdlə çalışıram. Hətta ikinci konsert verməyə belə hazıram.

- Telelayihələrlə çıxış etdiyiniz vaxt bəzi həmkarlarınızla birgə çalışırdınız. Verilişiniz bağlanandan sonra onları dəfələrlə efirlərdə görə bildik. Ancaq nədənsə yalnız siz kənarda qalmısınız. Heç onlar tərəfindən sizə hansısa təkliflər olurmu?

- Bunu həmin insanların özündən soruşsanız, daha yaxşı olar. Ancaq onu deyim ki, mənim imkanım olduğu qədər onlara kömək etmişəm. Ümumiyyətlə, Azərbaycanda barmaqla sayılan yumor ustaları var. Onlar hansısa tamaşaya və ya filmə dəvət almırlarsa, bu, ən böyük bədbəxtçilikdir. Məlumatsız insanlar bilməlidilər ki, 17 illik efir təcrübəm var. Ancaq onlar mənim potensialımdan yararlanmaq istəmirlər. Buna tək səbəb bizə verilən pullardan qorxmalarıdır. Ona görə də televiziya məkanlarında istedadsız insanlara üstünlük verirlər. Ancaq tamaşaçı yaxşı bilir ki, nəyə və kimə baxmaq lazımdır. Bu gedişlə unudulmaq ehtimalımız var... Ancaq incəsənət aləminə tamam başqa arzularla gəlmişdim. Təəssüflər olsun ki, hazırda ruh düşkünlüyü yaşayıram. Varkən yox kimi görsənmək adamı sarsıdır.

Səhnəyə çıxanda valideynlərimin qarşısında hiss etmədiyim məsuliyyəti tamaşaçıların qarşısına hiss etmişəm.

- Səhnəyə yeni gələn yumoristik gənclərdən razısınız?

- Sözügedən gənclərə televiziyada veriliş hazırlamağa icazə verən insanlar onların hər birini ələkdən keçirərək intelektual səviyyələrinin nə dərəcədə olduğunu bilməlidirlər. Yoxdan var kimi istifadə edən insanlar bilmirəm ki, hansı şərtlər altında işləyirlər. Aktyorluq sahəsində düz 11 il çox aşağı əmək haqqı ilə çalışmışam. Efir məkanlarından 500-600 manatdan artıq pul almamışam.

- Nə vaxtsa düşünmüsünüzmü ki, mən də qalmaqallar edərək gündəmdə qala bilərəm?..

- İnanın ki, qalmaqal etməyi sevmirəm. Ancaq ətrafımda bəzi insanlar var ki, məni dəfələrlə qalmaqallara sürükləmək istəyiblər. Mən belə insanları düşüncəsiz adlandırıram. Nəyə görə acı söz deyib kiminsə qəlbinə dəyməliyəm? Efirlərə çıxıb reklam olunmaq istəyirsənsə, gərək yadda qalan rolların, obrazların, nailiyyətlərin olsun.

- Ətrafınızdakı dostlarınızdan kimlər sizi qalmaqal etməyə məcbur edib ?

- Adlarını deyə bilmərəm. Çünki adlarını çəksəm, yenidən qalmaqal yaranacaq.

- Aktyorluqdan başqa hansısa peşə ilə məşğul ola bilərsiniz?

- Artıq heç biri ilə. Çünki simam insanlara tanışdır. İnanın ki, başqa peşə ilə məşğul olsaydım, aktyorluqdan qazandığım puldan daha çox qazanardım.

- Bütövlükdə şou-biznes əhli ilə aranız necədir ?

- Hər biri ilə münasibətlərim normaldır. Ancaq onu deyim ki, onların da maddiyyatla bağlı müəyyən problemləri var. Hər şey efirdə görsəndiyi kimi deyil. Sürdükləri avtomobilləri, yaşadıqları evləri kredit yolu ilə əldə edə biliblər.

Ceyran

Publika.Az

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR