Digər
Vəkilovdan şeirlər...
Ramin Vəkilov Qazaxda doğulub, Bakıda Qafqaz Universitetinin ilahiyyat fakültəsini bitirib. Hazırda Türkiyədə Sakarya Universitetində magistr təhsili alır. Azərbaycanda məşhur soyadın daşıyıcısı olan Raminin iki şeirini təqdim edirik.
Hansı pəncərədən baxar dünyaya...
Sözümə, kəlməmə möhtac deyil ki,
Nə qədər doğmadır könlümə dərdim.
Əğyar oylağıdır, ayaq basammaz ,
Ar eylər gələmməz dilimə dərdim.
Ağlamam, ağlasam kimsə oyutmaz
Gözümün yaşını rüzgar qurutmaz.
Yollar məni yormaz, mənzil qorxutmaz -
Mənnən yol gedəcək ölümə dərdim.
Bilməm kimi sevə, kimləri saya,
Nələrdən usana, nələrdən doya...
Hansı pəncərədən baxar dünyaya,
Naz eylər cəfaya, zülümə dərdim?
Bütün sözlər deyilib
Ağlım buza dönübdü
Soyuğu sümüyümdə.
Yanağıma yad olan
Gözyaşım da çarəsiz.
Bütün sözlər deyilib
Bütün ahlar çəkilib...
Yorma özünü, dostum,
Bu gün hər şey keçərsiz...
Hər yetənə danışma,
Dərdin də oğrusu var.
Sonra nəyin qalacaq
Sən ay bəxtsiz, qədərsiz.
Sabahı gözləməklə
Keçirmişik bir ömür -
Budu sabah da oldu
Amma o da səhərsiz...
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO