ABŞ-ın 1,1 trilyonluq büdcəsi təsdiqləndi
Bizi izləyin

Digər

ABŞ-ın 1,1 trilyonluq büdcəsi təsdiqləndi

ABŞ Senatı 2015-ci maliyyə ili üçün federal büdcə layihəsini qəbul edib.

Publika.az xəbər verir ki, sənəd federal hakimiyyət orqanlarının gələn il sentyabrın 30-dək maliyyələşdirilməsinə 1,1 trilyon dollar ayrılmasını nəzərdə tutur.

İmzalanmaq üçün Prezident Barak Obamaya göndərilən sənəd demokratlar və respublikaçılar arasında əldə edilən bir sıra kompromisləri özündə ehtiva edir. Bura əsasən maliyyə nizamlanması və immiqrasiya məsələləri daxildir.

Hər iki partiya arasında fikir ayrılığı yaratmış bu büdcə qanunundan Barak Obama da tam razı olmadığını bəyan etmişdi. Sənədin tələsik qəbul edilməsi isə hökumətin işinin dayanmaması üçün lazım olub. Belə ki, ötən il büdcə layihəsinin gecikdirilməsi səbəbindən hökumət 16 gün işini icra edə bilməmişdi və bu da seçicilərin narazılığına səbəb olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm