XİN rəsmisi: “Azərbaycan Avropa Birliyinə üzvlük məsələsinə baxmır”
Bizi izləyin

Digər

XİN rəsmisi: “Azərbaycan Avropa Birliyinə üzvlük məsələsinə baxmır”

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller “Turan” informasiya agentliyinə müsahibəsində jurnalistin: “Avropa Birliyinin Azərbaycanı qəbul etməyə hazır olmadığını deyən Azərbaycan rəsmiləri ilə razısınızmı?” sualına cavabda bildirib ki, Avropa Birliyinə daxil olmaq üçün namizədliyi irəli sürmək lazımdır, bu isə baş verməyib.

Publika.Az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib ki, Azərbaycan hazırda Avropa Birliyinə üzv olmaz məsələsinə baxmır.

Azərbaycanın Avroatlantik strukturlara inteqrasiya yolu tutduğunu söyləyən XİN rəsmisi qeyd edib ki, bu, heç də hansısa təşkilata üzv olmaq anlamına gəlmir: “Azərbaycanla Avropa Birliyi arasında münasibətlər Şərq Tərəfdaşlığı çərçivəsində qurulur.

Bunun üçün qurumla kənd təsərrüfatı, iqtisadi, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq aparılır. Azərbaycanın Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığı ölkəmizin milli maraqlarına uyğun həyata keçirilir”.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm