Neftin ucuzlaşmasının səbəbləri açıqlandı
Bizi izləyin

Digər

Neftin ucuzlaşmasının səbəbləri açıqlandı

London əmtəə birjasında (İCE) son 1 ayda Brent markalı neftin 1 barelinin qiyməti 17,99 dollar və ya 22% ucuzlaşıb.

Publika.az xəbər verir ki, noyabrın 11-də “Brent” markalı neftin bareli əgər 81,67 dollara satılırdısa, dünən həmin həcmdə neft 63,68 dollara satılıb. Nyu-York birjasında isə Qərbi Texas markalı neft (WTI) 59,95 dollara təklif edilib.

Dekabrın ilk 10 günlüyündə Brent markalı neftin orta qiyməti 67,34 dollar təşkil edib.

Bu arada “Ekonomist” jurnalı neftin ucuzlaşmasının 4 səbəbini irəli sürüb. Birinci, dünyada iqtisadi aktivliyin azalması və alternativ yanacaqların payının artması fonunda tələbatın azalması, ikinci, əmtəə bazarında geosiyasi risklərə həssaslığın azalması, üçüncü, ABŞ-da neft hasilatının artması səbəbindən dünya bazarında tələbatın azalması, dördüncü səbəb kimi isə OPEK ölkələrinin, xüsusən də Səudiyyə Ərəbistanının bazarda payını itirmək səbəbindən kvotanı azaltmaq niyyətindən vaz keçdiyini göstərir.

Onu da qeyd edək ki, artıq neftin 40 dollara düşəcəyinə dair də proqnozlar var.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm