Beynəlxalq Enerji Agentliyi proqnozlarını dəyişir
Bizi izləyin

Digər

Beynəlxalq Enerji Agentliyi proqnozlarını dəyişir

Beynəlxalq Enerji Agentliyi neftə olan təlabatın 2015-ci ildə düşəcəyini açıqlayıb. Təşkilat bildirib ki, gələn il istehsal artımı yalnız Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdə baş verəcək.

Publika.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi 2015-ci ildə neftə olan qlobal tələbat proqnozunu gündəlik 900 min barelə endirib. Ayrıca neft ixrac edən ölkələrdə və xüsusilə də Rusiyada neft istehlakının azalacağına diqqət çəkib. Digər tərəfdən, agentlik eyni şəkildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə yaşanan maliyyə durğunluğu, deflyasiya təzyiqləri səbəbindən neft istehlakının aşağı qalacağını bildirib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm