Xarici ticarət dövriyyəsi 10 faizə yaxın azalıb
Bizi izləyin

Digər

Xarici ticarət dövriyyəsi 10 faizə yaxın azalıb

Yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində 12 milyard 601 milyon 328,72 min dollar müsbət saldo yaranıb.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, xarici ticarət dövriyyəsi 28 milyard 825 milyon 592,64 min dollar təşkil edib. Bu da 9.13% azalma deməkdir. Dövr üçün ixrac 20 milyard 713 milyon 460,68 min dollar təşkil edib. İdxal 8 milyard 112 milyon 131,96 min dollar olub. Keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə ixrac 5,82% azalıb, idxal 16.61% artıb.

İdxalın strukturunda neft 84,87%, neft məhsulları 6,11%, təbii qaz 1,24%, meyvə-tərəvəz 1,29%, çay 0,13%, heyvan və bitki yağı 0,86%, qənd 1%, alkoqol və alkoqolsuz içkilər 0,15%, kimya məhsullatı 0,31% olub. İdxalın tərkibində ərzaq məhsullar 11,61%, tütün və tütün məmulatları 4,48%, sement 1,25%, dərman ləvazimatları 2,53% olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm