Neft hasilatı və ixracı azalıb
Bizi izləyin

Digər

Neft hasilatı və ixracı azalıb

2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatı 38,4 mln. ton təşkil edib.

Publika.az xəbər verir ki, 2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatı 39,5 mln. ton təşkil edib. Beləliklə, 2014-cü ilin 11 ayı ərzində respublikada neft hasilatı 2,8% azalıb. Yanvar-noyabr aylarında Azərbaycanda əmtəə qazının hasilatı 17 mlrd. kubmetr təşkil edib (2013-cü ilin 11 ayı ilə müqayisədə artım 4,9%).

Xəbər verildiyi kimi, 2013-cü ildə neft hasilatı 43,154 mln. ton, əmtəə qazı hasilatı 17,9 mlrd. kubmetr olub.

Hökumətin proqnozlarına əsasən, 2014-cü ildə Azərbaycanda neftin ümumi hasilatı 41 mln. 653,5 min ton, qaz hasilatı (əmtəə qazı daxil olmaqla) 28,42 mlrd. kubmetr səviyyəsində gözlənilir.

Onu da bildirək ki, hasilatla bərabər ölkədə neft ixracı da düşüb. Bu rəqəm 4 faiz təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm