Büdcədən 14 milyard manat xərclənib
Bizi izləyin

Digər

Büdcədən 14 milyard manat xərclənib

Yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 15,8 milyard manat daxil olub.

Publika.az xəbər verir ki, büdcədən 13,9 milyard manat vəsait xərclənib. Büdcə xərclərinin 42,0 faizi və ya 5,8 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3 faizi (1,6 milyard manatı) səhiyyə və təhsilə, 11,7 faizi (1,6 milyard manatı) sosial müdafiə və sosial təminata yönəldilib.

Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 3,9 faizinə bərabər və ya 1,9 milyard manatlıq profisit yaranıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm