Pakistanda ölənlərin sayı 100-ə çatdı (YENİLƏNİB)
Bizi izləyin

Digər

Pakistanda ölənlərin sayı 100-ə çatdı (YENİLƏNİB)

Pakistanda hərbi məktəbin yaraqlılar tərəfindən ələ keçirilməsi nəticəsində ümumilikdə 104 şagird və müəllim ölüb. Trend xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Ən azı 80 nəfərin yaralandığı bildirilir.

13:29

“Tehrik-i Taliban Pakistan” tərəfindən mühasirəyə alınan hərbi məktəbdə ölənlərin sayı 20-yə çatıb. Onların 12-nin uşaq olduğu bildirilir. Yaralanların sayı isə 40-a çatıb.

Publika.az-ın Pakistan KİV-nə istinadən məlumatına görə, hərbi məktəbin binasında 500 nəfər olub. Ancaq onların əksəriyyətinin təxliyyə edildiyi xəbər verilir. Silahlıların əlində nə qədər girov qaldığı barədə məlumat yoxdur.

Hadisə baş verən əraziyə vertolyotlar və təcili yardım maşınları cəlb edilib.

“BBC News”un xəbərinə görə, təşkilatın nümayəndələri əməliyyatın Şimali Vəziristan və Xayber vilayətində taliblərə qarşı həyata keçirilən hərbi əməliyyatlara cavab olduğunu açıqlayıb. Qeyd edək ki, sözügedən əməliyyatlarda yüzə qədər talib öldürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm