“İctimai Palata müxalifətin birlik yeri deyil”
Bizi izləyin

Digər

“İctimai Palata müxalifətin birlik yeri deyil”

“İctimai Palatada toplaşan qüvvələr müxalifətin birləşməsinə yox, başqa məqsədlərə xidmət edir”. Bunu Publik.Az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) sədr müavini Fikrət Cəfərli deyib.

KXCP sədr müavini bildirib ki, İctimai Palata tərəfindən nə keçən il, nə də bu il keçirilən aksiyalar hər hansı bir dəyişikliyə səbəb kimi qiymətləndirilə bilməz: “İctimai Palatanın yaradılmasında və gücləndirilməsində KXCP sədri Mirmahmud Mirəlioğlu və onun komandası xeyli əziyyət çəkib. Bəs sonra biz niyə tərk etdik İctimai Palatanı? Çünki burada bəzi qüvvələrin özəl maraqları var. Ən böyük fikir ayrılıqları mitinq məsələsi ilə bağlı olub. Biz mitinqlərin razılaşdırılmış və müxalifətin böyük hissəsini əhatə edən şəkildə keçirilməsini istəyirdik. Göründüyü kimi, bütün təkliflərimiz geri çevrilib, indi isə xalqın və müxalifətin birləşməsindən danışılır. Əgər İctimai Palata birlik təşəbbüslərini cavabsız qoyursa, onun fəaliyyətində uğur gözləmək yersizdir”.

Fikrət Cəfərli qeyd edib ki, hazırda Avropanın nəzərləri bizim ölkəyə yönəlib: “Diqqəti cəlb etmək və güc ortaya qoymaq üçün yetərincə imkanlar yaranıb. Amma bu imkanlardan qrup məqsədləri naminə istifadə etmək istəyənlər hər hansı dəyişikliyin olmasına yol vermirlər. Açıq-aşkar görünür ki, İctimai Palata hakimiyyətin çaldığını oynayır”.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm