Rubl özünə gəlməyə başlayıb
Bizi izləyin

Digər

Rubl özünə gəlməyə başlayıb

Moskva birjasında iki gün davam edən sürətli enişdən sonra rublun məzənnəsi stabilləşməyə başlayıb. Eyni zamanda, rubl avro və dollar qarşısında möhkəmlənib.

Publika.az xəbər verir ki, səhər saatlarında avro 7,26 rubl zəifləyərək 77,89 rubla, dollar isə 5,24 rubl ucuzlaşaraq 62,26 rubla düşüb.

Nəzərə çatdıraq ki, bazar ertəsi günü “Rostneft”in öz istiqrazlarını bazara çıxararaq 625 milyard rubl həcmində borc cəlb etməsi rublun məzənnəsinin sürətlə enməsinə gətirib çıxardı. Mərkəzi Bank bazara təsir etmək gecə yarısı toplanaraq uçot stavkasını 10,5 faizdən 17 faizə qaldırdı. Bu belə rublun avro və dollar qarşısında zəifləməsinin qarşısını almadı. Rubl tarixinin minimumuna endi. Belə ki, 1 dollar 80,1 rubl, 1 avro isə 100,74 rubl təşkil etdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm