SOCAR və BP layihələri müzakirə edib
Bizi izləyin

Digər

SOCAR və BP layihələri müzakirə edib

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev BP şirkətinin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-dan Publika.az-a verilən məlumata görə, R. Abdullayev SOCAR və BP arasında uzun müddət davam edən səmərəli tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib. Bu əməkdaşlığın son dövrdə daha da genişləndiyini söyləyib. Azərbaycanda hər iki şirkətin iştirakı ilə həyata keçirilən neft-qaz layihələrinin uğurla davam etdiyini vurğulayan SOCAR prezidenti bundan sonrakı işlərin də müvəffəqiyyətlə nəticələnəcəyinə inandığını bildirib.

Azərbaycana bir daha səfər etməsindən məmnunluğunu ifadə edən Robert Dadli hər gəlişində Bakının daha da gözəlləşdiyinin şahidi olduğunu, şəhərin yüksək sürətlə inkişaf etdiyini qeyd edib. Neft-qaz sənayesinin inkişafında BP-nin yaxından iştirak etməsindən qürur duyduğunu söyləyən R. Dadli şirkətin ölkəmizdəki fəaliyyətində göstərilən dəstəyə və köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Tərəflər əmin olduqlarını qeyd etmişlər ki, Azərbaycanda bu gün birlikdə həyata keçirilən bütün neft-qaz layihələri (AÇG, BTC, “Şahdəniz” və s.) uğurla davam edəcək, Azərbaycanda, qonşu ölkələrdə indiyə qədər olduğu kimi, iqtisadi inkişafın lokomotivi rolunu oynayacaq, digər istehlakçı ölkələrin enerji təchizatına mühüm töhfə verəcəkdir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm