“Apple” Rusiyada satışını dayandırdı
Bizi izləyin

Digər

“Apple” Rusiyada satışını dayandırdı

Dünyanın texnologiya nəhənglərindən sayılan “Apple” rublun məzənnəsində yaşanan böhran səbəbindən satışları müvəqqəti dayandırdığını açıqlayıb.

Publika.az xəbər verir ki, “Apple” bu vəziyyətin məhsul qiymətlərinə istiqamətli araşdırma sona çatana qədər davam edəcəyini bildirib. “Apple” məhsullarının ölkədəki tək satış ünvanı olan internet saytında (www.store.apple.com/ru) isə "Apple mağazasını sizin üçün aktuallaşdırırıq. Qısa bir müddət sonra təkrar fəaliyyətə başlayacağıq" mesajı qeyd edilib.

“Apple”nin maliyyə direktoru (CFO) Luca Maestri bildirib ki, kurs enişinin təsirini yüngülləşdirmək üçün proqram hazırlayıblar.

“Iphone 6”-nın qiyməti 25 faiz bahalaşıb

Qeyd edək ki, şirkət rubldakı dəyər itkisinə indiyə qədər məhsullarının qiymətini artıraraq cavab vermişdi. “Apple”nin bazara sentyabr ayında təqdim etdiyi ağıllı telefon modeli “Iphone 6”-nın Rusiyadakı qiyməti bir ayda 25 faiz artmışdı. Ancaq rubldakı enişin idarə olunmaması şirkəti ölkədəki satışlarını müvəqqəti dayandırmağa məcbur edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm