Digər
Daş yağır...
Zöhrab Əmirxanlı yazır
Daş biz Moskvada azərbaycanlılar üçün "Üçüncü Azərbaycan" adlı qəzet buraxanda yağmağa başladı.
Söhbət Rusiya paytaxtında məskunlaşan yüz minlərlə eloğlumuzun cəmi
2500 tirajla çıxan qəzetin heç olmasa, yarısını almaq
istəməməsindən getmir.
Söhbət həmin qəzeti dəqiq hesablama aparmadan, ciddi götür - qoy
eləmədən yalnız şəxsi vəsait hesabına buraxmaqdan da getmir.
Billah, söhbət heç ermənilərin buraxdığı 13 adda qəzet-jurnala
həsədlə, həsrətlə baxmaqdan, baxıb da köks ötürməkdən, sənin
hazırladığın qəzetə isə umduğun adamların dəvə nalbəndə baxan kimi
baxmasından da getmir.
Söhbət tamam ayrı nəsnədən gedir...
Moskva bizimkilər üçün əslində, elə Moskvanın özü boyda bir QIZ
meydanıdı. Moskva qızğın, ehtiraslı azərbaycanlıdan ötrü həm də
veraları, olyaları, nadyaları, svetaları... ilə cəlbedicidi.
Azərbaycanlı Moskvaya yetişən kimi iki məsələ üzərində baş
sındırmağa başlayır: hansı yolla olursa-olsun dərhal pul gətirən iş
qurmaq və qəşəng bir rus qızıyla tanış olub macəra yaşamaq.
Həftələr, aylar ötür - işi uğurlu alınan da olur, alınmayan da.
Umduğu qədər pul qazanan da olur, qazanmayan da. Soydaşlarımızın
əksəriyyəti onda qızır, o yerdə Allahına bəndəlik eləmir ki, cibinə
pul gözlədiyindən çox girir. Pah!.. Ondan sonra adamın "əyləci"
xarab olmurmu? Gözləri buz üstə çıxmış dana gözlərinə dönmürmü?
Tank kimi qabağına çıxanı basıb keçməyə hazır dayanmırmı?
... Əsas tragikomediya orda başlayır ki, nataşalardan biri axşam
"azik”in görüşmək, birgə dincəlmək təklifini qəbul eləyib yanına
qoşulur. Əvvəlcə boğazlar yaxınlıqdakı kafelərin birində yaşlanır.
"Ağ atı" minən "cayıl" sonra "gözəlçə"sini restorana çəkir - necə
səxavətli olduğunu göstərməyin məqamı yetişib axı...
Mədə ləbələb dolandan, baş dumanlanandan sonrakı olaylar da məlum -
yataq, yataqdakı boşboğazlıq, özünü öymələr və rus qızının göbəyinə
qoyulan 100 dollar...
... Ertəsi gün bazarın müzakirə mövzusu da bəlli: əksəriyyət
"azik"in gecə yaşadığı macəradan, 250-300 dolları necə səxavətlə
səpməsindən danışır.
... Allah xatirinə düz başa düşün: mən yad eldə tənha yaşayan
cavanın güdükçüsü, yataq otağının kameraquraşdıranı deyiləm. Və
onun qazandığı pulu necə xərcləməsi də məndən ötrü əhəmiyyətsizdi.
Məni məsələnin başqa tərəfi narahat eləyir. Bu gün Azərbaycanın
rayonları, kənd və qəsəbələri suyu sovulmuş dəyirmana bənzəyir.
Ayağı yol tutan, gücü, enerjisi, ağlı, şüuru üstündə olanların
böyük əksəriyyəti imkan tapan kimi sərhədi adlamağa, səadəti yad
ellərdə, özgə qapılarında axtarmağa üstünlük verir. Arxada qalanlar
isə qocalar, qadınlar, uşaqlar olur. Evinin dayağı, ocağının
çörəkgətirəni əlindən çıxmış o binəsiblərin taleyini təsəvvür eləyə
bilirsizmi?
Ata yataqda ölümlə çarpışır, oğul isə gəlib son nəfəsinə də çata
bilmir...
Cərrah skalpeli itiləyib ananı doğramağa hazırlaşır, bala təyyarə
bileti almağa pul tapmır...
Ağırayaq gəlin yükündən azad olmaq istəyir, ər üçün isə dərhal
bəhanə tapılır: "anamla bacım ordadı, mənə ehtiyac yoxdu"...
Mən hələ qızlar bulağından yenicə su içmiş qönçələrimizi, un
çuvalına tay olan, qız qarıyan talesizlərimizi demirəm. Haməlum "ağ
atlı oğlan"ı gözləməkdən gözlərinin kökü saralan o ərgən qızların
yanar canlarına, təşnə dodaqlarına sərin suyu kim çiləməlidi?
... Bir vaxtlar Yaponiya hökuməti millətin genefondunu
sağlamlaşdırmaq üçün Pakistandan 20 min kişini
"icarəyə"götürmüşdü.
... Bu gün ölümün doğumu üstələdiyi Rusiya isə belə "boş" şeylərə
pul xərcləməyi heç ağlına da gətirmir. Çünki azərbaycanlı ƏRLƏR bu
funksiyanı könüllü və daha keyfiyyətli şəkildə yerinə yetirirlər.
Elə rus qızları da bizimkilərin "sokunu"çəkməkdə pis usta
deyillər.
... O vaxt Moskvaya yağan daş bu gün öz başımıza tökülür –
genefondumuzun üstünə yağır.
... Başınızı tutmayın!..
Publika.Az
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO