Taleyin ən qaranlıq sirri - "Torino kəfəni"
Bizi izləyin

Digər

Taleyin ən qaranlıq sirri - "Torino kəfəni"

Torino kəfəni üzərində, qarşısında və arxasında çarmıxa çəkilərək ölən insan silueti var

Torino kəfəni 430 sm uzunluğu və 110 sm eni olan böyük bir kətan parçadır. Üzərində, qarşısında və arxasında isə çarmıxa çəkilərək ölən insan silueti əks olunub.

Sadəcə bu fakt özü sübut edə bilər ki, bu, İsanın kəfənidir. Bu mövzu ilə bağlı ətraflı elmi araşdırmalar aparılıb, beynəlxalq konfranslar keçirilib. 1978-ci ildə Torinoda sərgilənən kəfən üç milyon adam tərəfindən ziyarət edilib. Gələcək sərgilərdə bu rəqəm yəqin ki, çox daha yüksək olacaq.

Bəziləri kəfənin tarixinin 1357-ci ildə Fransada sərgilənməsi ilə başladığını düşünür. Lakin İsanın görüntülərindən bundan əvvəl də bəhs edilib. Məsələn, IV əsr qaynaqlarından biri Thaddaeus və ya Addainin Edessada “seçmə boyalarla” İsanın bir şəkilini çəkdiyini qeyd edib. VI əsrdə başqa bir qaynaq İsa üzünü siləndən sonra dəsmalın üzərində onun görüntüsünün qaldığını bildirib. İsa bu dəsmalı Edessa kralı Abqarın elçilərindən birinə verib.

Torino kəfəni

Orta əsrlərdə İsanın bir çox kəfəni sərgilənib. Ancaq Torino kəfəni fərqlidir. Bəs onun qəribəliyi haradan qaynaqlanır?

Kəfənin üzərindəki görüntü çox solğundur. Lakin bunun çarmıxa çəkilmiş bir insanın ağ-qara görüntüsü olduğu aydın görünür. Qəribəsi isə kəfəndəki şəklin üç ölçülü olmasıdır. Ümumiyyətlə, həmin kəfəndə çaşdırıcı detallar çoxdur:

Məsələn, insan anatomiyası, bilək və ayaqlardakı mismar yaralarından axan qan, qamçıların izləri, kəlləsindəki qan, saç və saqqal detalları-hər biri tam dəqiqliyi ilə təsvir edilib.

Həmçinin araşdırmaçılar qırıq buruna və gözlərdəki sikkəyə də işarə edir. Qan ləkələri üzərində DNT testi aparılıb və insan qanı olduğu məlum olub.

1988-ci ildə Sürix, Oksford və Tukson laboratoriyalarında “Accelerated Mass Spectrometry” texnikasından istifadə edilərək radiocarbon testləri keçirilib. Bu laboratoriya işləri üçün kəfəndən kəsilmiş 5,7 sm-lik parça üç laboratoriyaya paylaşdırılıb. Laboratoriya nəticələri kəfənin 1260-1390-cı illərdən qaldığını göstərib. Bəs bu nəticələr kəfənin yaş problemini həll edib?

Torino kəfəninin sirri

Bəs Torino kəfəninin sirri necə açıqlanıb? Bu saxtakarlıq, təsadüf və ya möcüzə ola bilərmi?

Müəyyən zaman kəsiyində bu fikirlərin hər biri irəli sürülüb. Məsələn, kəfənin üzərində fırça izləri yoxdursa, şəkil boyadan istifadə edilərək çəkilmiş ola bilər. Bəziləri bunun çürüməkdə olan insan bədənindən çıxan qazların yaratdığı “buğuqraf” olduğunu müdafiə edib. Bəziləri isə bunun cəsədin təbii izi olduğunu sübut etməyə çalışıb.

Bəs onda bu əsrarəngiz kətan kəfəni necə açıqlayacağıq? Bu, həqiqətən də bir möcüzənin dəlilidirmi? İddia və təcrübə üçün hələ də imkanlar var.

Bütün iddialara və təcrübələrə baxmayaraq, Torino kəfəni gerçək bir elmi anormallıqdır və illərdir keçirilən bütün təhlillər nəticəsiz qalır. Elm bu sirri açıqlaya bilmir.

Xristian dünyası bu kəfəni müzakirə edir

Vatikan sahib olduğu Torino kəfənini “Taleyin ən qaranlıq sirri” adlandırır. Lakin Katolik kilsəsi bu günə qədər kəfənin gerçək olduğuna dair hər hansı bir təcrübə aparmayıb.

Torinonun baş yepiskopuna 1578-ci ildə təslim edilən kəfən o tarixdən bəri Torinoda saxlanılır.

Kəfənin üzərində 1988-ci ildə keçirilən karbon testi parçanın 1260-1390-cı illərə aid olduğunu göstərdikdən sonra bir çoxları kəfənin saxta olduğunu müdafiə edib.

Yenə də Torino kəfəninin sirri insanları maraqlandırmaqda və araşdırmaçıları cəlb etməkdə davam edir.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm