Rusiya dirçəlir –Rubl və neft qalxır
Bizi izləyin

Digər

Rusiya dirçəlir –Rubl və neft qalxır

Dolların rubla nəzərən məzənnəsi zəifləməyə başlayıb. Bu gün artıq Moskva birjasında 1 dollar 1,89 rubl ucuzlaşaraq 58,33 rubla, avro isə 2,9 rubl ucuzlaşaraq 72,2 rubla düşüb.

Publika.az xəbər verir ki, rublun məzənnəsi dünya bazarında neftin qiymətinin qalxması fonunda stabilləşməyə başlayıb. Belə ki, dünən birjalarda Brent tipli neft 5 faiz bahalaşaraq 63 dollar olub.

Onu da qeyd edək ki, Rusiya Mərkəzi Bankının son addımları rublun dəyərsizləşən məzənnəsini cilovlamaqda aciz oldu. Belə ki, 15 dekabrda rublun kursu dollar və avro qarşısında 6 rubl ucuzlaşan zaman Mərkəzi Bnak 1,961 milyard dollar intervensiya reallaşdırdı. Həftənin ikinci günü isə bank uçotb stavkasını 10,5 faizdən 17 faizə qaldırdı. Bu qərarlar rublun kursunu stabilləşdirmədi.

Bunun ardınca Maliyyə Nazirliyi 7 milyard dollar həcmində valyuta qalığını satışıa çıxardı.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm