“Kamera qarşısında da sevişəcəm“
Bizi izləyin

Digər

“Kamera qarşısında da sevişəcəm“

Türkiyənin "Show TV" kanalında nümayiş olunan "Adını Feriha koydum" serialında baş rolu – Ferihanı oynayan Hazal Kayanı nəinki Türkiyədə, eləcə ölkəmizdə də maraqla izləyirlər. O, bundan öncə də seriallarda rol almışdı, ancaq daha çox son serialla məşhurluq və rəğbət qazandı.


Hazal Kaya kimdir?

1990-cı il oktyabrın 10-da Türkiyənin Qaziantep şəhərində doğulub. Orta məktəbi İtaliyada bitirən Hazalın ən böyük arzusu aktrisa kimi filmlərə çəkilmək olub. Aktrisa mətbuata son açıqlamasında deyib ki, Müasir Kino və Aktyorluq Məktəbində təhsilini bitirdikdən sonra Amerikaya gedəcək: "Ölkə xaricində özümü sınamaq istəyirəm. Ən böyük arzum isə Ferzan Özpeteklə bir filmdə oynamaqdır. Kiçik yaşlarımda kinoya gedəndə özümü ağ pərdədə göstərilən filmlərdə görmək istəyirdim. Hədəfim kino idi, indi isə addım-addım irəliləyirəm".

Hazal Kaya bir çox reklamlara da çəkilib: Bunlar Tofita saqqızları (2007), Turkcell (2007), Eti (2008), Nescafe (2009), Penti çorapın (2010) reklamıdır.

İlk baş rol...

Türkiyənin "Acemi Cadı" (2006) və "Taşların sirri" (2006) seriallarında ikinci planlı aktrisa rollarını oynayan Hazalın ilk baş rolu "Genco" serialında (2007) Özgə obrazı idi: "Güclü aktyor təhsilimin olduğunu deyə bilmərəm. Bu qədər qısa zaman içərisində "Genco"da baş rol alacağımı düşünmürdüm. Yoxlama çəkilişlərindən dərhal sonra məni baş rola uyğun gördüklərini dedilər. Özgə obrazı yaş etibarilə mənə uzaq xarakterdə deyildi. Məsələn, Özgə bir rok qrupunun solistidir. Mən özüm də rok dinləyən gəncəm. Özgənin ətrafındakılara reaksiyaları mənə çox tanışdır. Ona görə də bu xarakteri canlandıra bildiyimə inanıram".

Çox keçmir 18 yaşında gənc aktrisa "Aşkı-Memnu" serialında (2008-2010) emosional, qısqanc və ərköyün qız obrazı olan Nihalı oynamaq təklifi alır. Hazal Kaya o zaman hələ İtaliya liseyində oxuyurdu: "Bu serialda Nihal daha çox acılar çəkir, çünki yeni şəraitə uyğunlaşması üçün ona təzyiqlər edirlər. Bu qızın isterik halları mənə heç qəribə gəlmədi. Bu vəziyyətdə bir qızın göstərə biləcəyi normal və təbii təpklidir".

Serialda Hazal Kayanın canlandırdığı Nihal Kıvanç Tatlıtuğun oynadığı Behbül obrazına vurulur. Aktrisa real həyatda "havalı" kişiləri bəyənmədiyini deyir: "Oğlan dostum ağır xasiyyətli olmalıdır. Yeri gələndə komik ola bilər".

Gözəl aktrisa serialda pianino da ifa edir: "Tanqo rəqsinə xüsusi marağım var. 2 ildir tanqo oynayıram. Səsim də pis deyil. 7 il kamançada ifa etmişəm. Özüm nə istədimsə, ailəm məni o istiqamətə yönəltdi. 4-5 yaşım olanda kamança çalmağa başladım. Aktrisalığı seçməsəydim, rok qrupunun ifaçısı olardım".

"Küçədə sevgilisinin yanında mənə eşq elan etdi"

Hazal aktrisalıq fəaliyyətində özünə qadağa qoymadığını söyləyir: "25 yaşında oynadığım obraz tələb eləsə və sevişməm lazım gəlsə bunu da edəcəm".

Aktrisanın başına maraqlı hadisələr də gəlir: "Serial çəkişiləri zamanı rəfiqəmlə nahar yeməyinə çıxmışdıq. Yaxından bir cütlük keçirdi. Kişi mənə sevgilisinin qulağı eşidə-eşidə "səni sevirəm" dedi. Qulağıma inanmadım. Yanındakı qadın mənə xətər yetirəcək, döyəcək deyə düşündüm. Amma xanım gülümsəyərək "mən də" deyib keçdi".

Hazırda aktrisa "Adını Feriha Koydum" (2011) və "Muhteşem Yüzyıl" (2011-2012) seriallarında çəkilir.

Gənc aktrisanın hazırkı sevgilisi tanımış fotoqraf Cahit Bahadır. Cütlük bir ildən artıqdır bir yerdədir.

Hazırladı: Nailə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm